Xaricdə təhsil üçün ən yaxşısı hansıdır: SAT vs IELTS vs Balboa

Xaricdə təhsil üçün ən yaxşısı hansıdır: SAT vs IELTS vs Balboa

Publish date : 2024/01/18
17107 views

Bu məqalədə Azərbaycanda və dünyada populyar olan SAT, IELTS və Balboaschool proqramlarının müqayisəli təhlilini aparacam. Bildiyiniz kimi prestijli xarici universitetlərə qəbul olmaq üçün siz müəyyən kriteriyalara cavab verməlisiniz. Bunların da başında ingilis dil biliyi gəlir. Qısaca belə demək olarsa, qərblilər deyir ki, ingilis dilini öyrən gəl, qalan nə lazımdırsa, tibb, mühəndis, memar mən sizi yetişdirəcəm. 

IELTS (International English Language Testing System)

IELTS imtahanı Azərbaycanda ən populyar sertifikatdır. Xaricdə təhsil almaq istəyən tələbələr bu maneəni aşmalıdırlar. Bu sertifikat ilə siz Avropa, Amerika, Kanada, Asiya universitetlərinə qəbul ala bilərsiniz. Sertifikat üçün yalnız ingilis dili imtahanı verirsiniz. İmtahanın qiyməti 360 Azn-dir. Dünyanın hər yerindən xüsusi mərkəzlərdə onlayn verə bilərsiniz. IELTS imtahanı SAT imtahanından çətindir. Akademik dil biliyinə sahib olmalısınız. Belə gördüyüm qədəri ilə Bakıda kifayət qədər səviyyəli SAT, IELTS kursları mövcuddur. IELTS üçün 3+3 ay formatı təklif edilir. Yəni basic ingilis dili biliyiniz varsa, 3 ay preIELTS, daha sonra da IELTS kursu keçib imtahan verirsiniz. Qeyd edim ki, normal universitetlərə qəbul almaq üçün 6.5 IELTS balı kifayət edir. Amma prestijli Avropa universitetləri üçün 7 vəya 7.5 bal lazımdır. Təqaüd qazanmaq istəyən balalar isə ingilis dilini ingilisdən yaxşı bilməlidir: 8 bal və üzəri.  

IELTS imtahanı, mövzular, imtahan modulları, imtahan vaxtı haqqında ətraflı məlumat üçün bu məqaləni oxuya bilərsiniz. 

SAT (Scholastic Aptitude/Assessment Test)

SAT imtahanı əsasən Amerika, Kanada və Türkiyə universitetlərinə qəbul almaq üçün yarayan sertifikatdır. Bu sertifikatı əldə etmək üçün ingilis dili və riyaziyyat imtahanı verməli olacaqsınız. İmtahanın qiyməti 60$-dır və onlayn keçirilir. Bir ara Azərbaycandakı SAT imtahanın nəticələri bəzi "işbazların" ucbatından şübhə altına düşmüşdü, amma deyəsən indi sıxıntı yoxdur. SAT imtahanında 1600 bal üzərindən 1400-1600 bal toplamaq qəbul üçün kifayətdir. Bu arada qeyd edim ki, Azərbaycanda ADA universiteti də SAT sertifikatı ilə qəbul aparır. İmtahanın Math (riyaziyyat) hissəsi asandır, ingilis dilində keçirilir. Sadə mövzular soruşulur. Bizim müfrədatdan fərqli bir-iki mövzu var, Statistics kimi məsələn. SAT imtahanın ingilis dili imtahanı isə çox asandır. Hətta bəzən tələbələrimizə full yazmayın deyirik ki, şübhə altına düşməsinlər )). Normal tələbə SAT imtahanına 8-10 ay ərzində hazırlaşıb nəticə əldə edə bilər. Amma fundamental bilikləri yoxdursa, bu hazırlıq iki il davam etsə daha yaxşı nəticə əldə oluna bilər.

Balboaschool 

Yuxarıdakı proqramlar haqqında yəqin ki, özünüz də eşitmişdiniz. Mən sizə tamamilə yeni proqramdan bəhs edəcəm-Balboaschool amerika məktəbi. Yeni deyəndə, Azərbaycanda bir-neçə ildir fəaliyyət göstərir, dünyada isə artıq populyarlaşan təhsil texnologiyasıdır. Deməli bu proqram nədən ibarətdir: orta məktəb şagirdi (7-11 sinif) bu proqrama qoşulub bir il ərzində onlayn dərslərdə iştirak edir. Dərslər ingilis dili, amerika ədəbiyyatı, tarixi və sair kimi 4-5 fəndən ibarət olur. Bu dərsləri bitirən tələbə Balboaschool məktəbinin attestatını əlavə edir və bu attestatla xaricdə universitet qəbulu almaq üçün müraciət edə bilir. Ən əsası, bu attestatla tələbə, Amerikada 15 universitetə (hələlik, gələcəkdə daha çox) birbaşa qəbul ala bilir. Heç bir imtahana, sertifikata ehtiyac yoxdur. Avropa, Kanada, Çin universitetləri də bu attestatı ciddi sənəd kimi qəbul edirlər. Zatən, Çində hal-hazırda minlərlər tələbə bu onlayn platformada təhsil alıb məzun olur. Azərbaycanda da artıq bu məktəbin məzunları və hal-hazırda təhsil alan şagirdləri var. 

Bir vaxtlar SAT və IELTS imtahanları da təzə idi, insanlar tərəddütlə yanaşırdı. Amma əminəm ki, bir müddətdən sonra xaricdə təhsil almaq istəyən, xüsusən Amerika universitet xəyalı olanlar üçün Balboaschool məktəbi ən populyar proqram olacaqdır.

Xaricdə təhsil almaq tələbələr üçün bizim platformada da hər üç həll mövcuddur. Balboaschool məktəbi vasitəsi ilə universitetə qəbul almaqla yanaşı, Balboschool dil məktəbində təcrübəli müəllimlərimizin IELTS, SAT dərsləri də mövcuddur. Ətraflı məlumat və suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz. 

 

TOEFL imtahanı barədə çox detala girmək istəmədim, istəyən bu məqalədə məlumat əldə edə bilər. 

Comments

Add comment