IELTS imtahanı haqqında

IELTS imtahanı haqqında

Publish date : 2024/01/12
241 views

IELTS-in tam forması Beynəlxaq inglis dili test sistemi kimi tanınır. İELTS dünyada təhsil və miqrasiya üçün ən çox istifadə olunan test sistemidir. Əgər sizin də məqsədiniz təhsil almaq, karyeraınzı inkişaf etdirmək və ya ingilis dilli bir ölkədə yaşamaq istəyirsinizsə o zaman bu test sistemi məhz sizin üçündür. 30 ildən artıqdır ki, bu test sitemi İngilis dili üzrə standartları müyyənləşdirir. Bu test sistemi 12000 müəssisədə 140 ölkə tərəfindən istifadə olunur.

Bu o deməkdir ki, siz bu test sistemi üzərindən imtahan verərkən əminliklə arxayın ola bilərsiz ki, sizin nəticələr bir çox beynəlxalq müəsisələr, universitetlər tərəfindən qəbul olunacaq və karyera planlamasənda sizə mütlər şəkildə kömək olacaqdır.

İELTS dünyanın aparıcı ingilis dili mütəxəsisləri tərəfindən aşağıdakı kimi 4 əsas hissədən ibarət olaraq müəyyənləşdirilmişdir. Bu test bütövlükdə 2 saat 45 dəqiqə davam edir.
 

Speaking(Danışmaq)- Ümumi olaraq 11-14 dəqiqəq davam edir və 3 hissədən ibarətir. 1ci hissə 3-4 dəqiqə davam edir və gündəlik suallardan ibarətdir. 2ci hissə 5-6 dəqiqə davam edir və xüusi verilmiş bir mövzu ətrafında danışılır. 3cü hissə 3-4 dəqiqə davam edir və 2ci hissəyə aid suallardan və ya tamamilə təsadüfi seçilmiş suallar toplusundan ibarətdir. Bu test sizin gündəlik danışığınızı yoxlamaq, fikirlərinizi rahat şəkildə ifadə edə biləmyinizi yoxları.

Listening(Dinləmə)-30 dəqiqə davam edir və 10 dəqiqə sizə cavablarınızı köçürməyə vaxt verilir. Bu test sizin necə aydın başa düşdüyünüzü, fikirləri anlamığınızı, arqumentləri inkişaf və təqib etməyinizi yoxlayır.

Reading (Oxuma)- 60 dəqiqə davam edir. Bu test sizin ümumi anlayışınızı, əsas ideyaları və detalları başa düşmənizi vəəllifin fikirlərinin başa düşmənizi yoxlayır.

Writing(Yazı)- 60 dəqiqə davam edir. Bu test sizin cavabı necə dəqiq və yaxşı yazmanızı, ideyaları təşkil etmək və geniş lüğət tərkibini və qrammatikanl yoxlayır. Həm akademik, həm də Ümumi İELTS imtahanında yazı hissəsi Task 1 və Task 2 olmaqla 2 hissəyə bölünür.

İELTS imtahanında minimum keçid balı tədbiq olunmur. Maksimum keçid balı isə 9-dur. 2019- cu ildə dünya üzrə 508000 tələbə məhz bu imtahanın nəticəsində Böyük Britaniyada təhsil almışdır. Siz ya İELTS Akademik ya da ki, Ümumi versiyasından imtahan verə bilərsiz. Akademik İELTS sizə dünyanın aparıcı universitetlə təhdil almağa şərait yaradır. General isə xaricdə iş və ya miqrasiya baxımından sizə lazım olacaq.         

 

Əgər siz də xaricdə təhsil almağı planlayırsınızsa, təhsil mütəxəssislərimiz sizi konsultasiya edə bilər və siz həmçinin Balboa dil məktəbinin  ingilis dili hazırlıqlarında qatıla bilərsiniz. Qatılmaq üçün ya zəng edin, ya vatzap nömrəyə yazın, bu linkdə dil kursu barədə ətraflı məlumat var.

 
 

 

 

Comments

Add comment