TOEFL imtahanı haqqında ətraflı məlumat

TOEFL imtahanı haqqında ətraflı məlumat

Publish date : 2024/01/18
685 views

TOEFL ingilis dilində danışmayan insanların bu dildə danışan ölkələrdə təhsil ala bilməsi üçün verilən bir test sistemidir. Bu test 11000 universitet və 190 müəssisə tərəfindən qəbul edilmişdir. TOEFL testi 4 əsəs prinsip üzərində Speaking(Danışıq), Listening(Dinləmə), Reading(Oxu), Writing(Yazı) qurulmuşdur. Bu test sistemi üzrə imtahanı həm Paper Based(Kağız üzərindən), həm də Computer Based(İnternet Üzərindən) vermək olar. Amma 2005-ci ildən etibarən Computer Based(İnternet Üzərindən) olan test Paper Based(Kağız Üzərindən) olanı keçdi. TOEFL test sistemi 2005-ci ildə Amerika, Kanada, Fransa, İtaliya və Almaniya təqdim edilməyə başladı. 2006-ci ildən etibarən isə dünyanın digər ölkələrində istifadə olunmağa başlanıldı. İlk vaxtlarda test olan tələbat çox yüksək olduğundan imtahan vermək istəyənlər bəzən aylarla gözləmək məcburiyyətində qalırdılar. Bu həm də TOEFL test mərkəzlərinin həmin illərdə məhdud sayda olmasında irəli gəlirdi. Amma indi insanlar çox rahat şəkiləd yaşadıqları ünvana uyğun olaraq qeydiyyatdan keçib daha rahat şəkildə imtahan verə bilərlər. Əvvəllər bu test müddəti 4 saat təşkil edirdisə, indi bu test 3 saata yekunlaşır. Nəzərinizə çatdıraq ki TOEFL İBT-də Note-Taking(qeyd aparmaq) üçün icazə verilir. 2019-cu ildən etibarən verilən qərarə əsasən test hər 3 gündən bir ancaq 1 dəfə verilə bilər.

 Reading

Testin bu hissəsi 3-4 keçiddən ibarətdir və hər biri 10 sualdan ibarət olmaqla 700 sözdən ibarətdir. Keçidlər əsasən akademik mövzular üzərdinə qurulmuşdur və onlar univerisitet kitablarında rast gəlinə bilər. Keçidlər əsasən səbəb-nəticə, müqayisə-ziddiyyət və arqumentasiya üzrə ritorik funksiyaların başa düşülməsindən ibarətdir. Tələbələr əsasən ideayalar, nəticə çıxartmaq, detallar, vacib məlumat, cümlə daxil etmə, lüğət, ritorik səbəb və ümumi ideayalar üzərindən suallara cavab verirlər. 

Listening(Dinləmə)

Bu hissə hərəsində 5 sualan olan 2-3 söhbətlərdən və hərəsində 6 sual olan 4-6 leksiyalardan ibarət olur. Hər bir söhbət 2.5-3 dəqiqə, leksiya isə 4.5-5.5 dəqiqə davam edir. Suallar bəzən çətin və düşündürücü ola bilər. Ona görə də imtahan verənlərin qeyd etməsi məsləhətdir. Bir çox hallarda onlar cavab verərkən həmin qeydlərə əsaslanırlar. Testin bu hissəsi imatahana gələnlərin əsəs ideyaların, vacib detalların, təsirlərin, ideyalar arasında olan əlaqələrin başa düşülməsindən ibarətdir. 

Speaking(Danışıq)

Bu hissə 4 tapşırıqdan 1müstəqil tapşırıqdan(Çalışma1) və 3 inteqrasiya olunmuş tapşırıqdan(Çalışma 2, 3 və 4) ibarətdir. İnsanlar bu hissəsədə onlara tanış olan mövzular ətrafında suallara cavab verirlər. Onlar öz ideayalarını aydın və səlis şəkildə çatdırmaqlarına görə qiymətləndirilirlər. Çalışma 2 və 4 də test verənlər qısa mətn oxuyur, akademik bir kursa və ya kampus həyatı haqqında olansöhbətə qulaq asır və bunların əsasında suallara cavab verir və danışır. İnteqrasiya olunmuş çalışmalarda isə test verənlər oxu və dinləmə materiallarında informasiyanı düzgün ötürməklərinə görə dəyərləndirilirlər. Test verənlərə hazılaşmaq üçün əvvələcədən vaxt verilir.

Writing(Yazı)

Testin bu hissəsi 2 hissədən ibarətdir: 1 müstəqil və 1 inteqrasiya olunmuş çalışma. Inteqrasiya olunmuş hissədə test verənlər bir keçid oxuyurlar və sonar müzakirə üçün danışana qulaq asırlar. Daha sonar onlar başa düşdüklərini bir cəm şəkildə yazırlar və bu ideayaların bir-biri ilə necə əlaqəli olmasını əsaslandırırlar. Müstəqil hissədə test verənlərn öz ideayalarını və seçimlərini əsaslandıran bir esse yazırlar. 

Ümumi testing müddəti aşağıdakı kimi davam edir:

Reading(oxuma)- 54-72 dəqiqə

Listening(Dinləmə)- 41-57 dəqiqə

Fasilə-10 dəqiqə

Speaking(Danışıq)- 17 dəqiqə

Writing(Yazı)-50 dəqiqə

 

Həmçinin IELTS imtahanı haqqında oxumaq üçün bu məqaləyə keçid edə bilərsiniz.

Elvin Musayev

 

Comments

Add comment