Nə üçün Amerikada təhsil?

Nə üçün Amerikada təhsil?

Publish date : 2024/01/04
274 views

Daha əvvəlki məqalədə nə üçün xaricdə təhsil almalıyıq, ondan bəhs etmişdik. Vurğulamışdıq ki, xaricdə təhsil dedikdə biz Amerika, Avropa, Kanada, Çin, Koreya və Türkiyə kimi ölkələri nəzərdə tuturuq. Təbii ki, valideynlərin universitet tərcihi üçün əsas meyarları imkan və prespektiv karyera kimi xüsusiyyətlərdir. Bu məqalədə isə kimlərin və nə üçün Amerikada təhsil alması məsləhətdir onu danışacağıq. 

Amerikapərəst deyiləm, amma bu ölkənin inkişaf tempinə, startup ekosisteminə, maliyyə imkanlarına, texnologiyasına, ixrac potensialına baxanda bu ölkənin bir çox nüanslarda bəşəriyyətin çox-çox önündə olduğunu görürük. Bu məqalədə bir məsələni vurğulamaq fikrindəyəm. Son illərin iki əsas trendi AI (süni intellekt) və robot texnologiyalarıdır. Bütün analitiklər qarşıdakı 7-8 ilin bu trendlərlə inkişaf edəcəyini proqnozlaşdırır. Yeni yaranan peşə və iş yerlərinin 80%-i bu iki innovasiya ilə bağlıdır. Biz də valideynlərə övladlarımızın universitet bitirdikdən sonra trend olan peşəyə sahiblənməyini istəyiriksə bu iki ixtisasa yönləndirməyi tövsiyyə edirik hər zaman. 

İndi gəlin baxaq görək Süni intellekt (AI) texnologiyasında ən böyük işləri görüb daha qabağa getmiş ölkə hansıdır? Şəksiz Amerika Birləşmiş Ştatları. Amerika AI texnologiyalarına Çin və Avropanın birgə yatırımından iki dəfə çox investisiya edib. Aşağıdakı cədvələ baxsaq hansı ölkənin son on ildə AI texnologiyasına nə qədər yatırım edib, nələr əldə elədiyini gör bilərik. 

amerikada mekteb

Silicon Valley alone is the home of some of the biggest vendors in the industry, including OpenAI, Google, Meta, and Anthropic, who’ve contributed to producing leading products, including GPT-4, DALL E-3, Bard, Llama 2, and Claude 2.

Tək Silikon vadisində yuxarıda sadalanan AI motorlarını inkişaf etdirirlər. 

İndi tək bir nüansda bütün dünyanı qabaqlayan ölkədə gedib oxumaq, təhsil almaq, işləmək, bu layihələrin mühəndisi, analitiki, proqramçısı olmaq deməkdir, insanlığın texnologiya yarışında ərənlər kimi meydana çıxıb, ölkəmiz üçün də innovativ həllər dartıb gətirmək deməkdir. Amerika universitetləri Süni intellekt layihələrində çox qabaqcıl yerləri tuturlar. AI texnologiyasında güclü ölkə, robot texnologiyalarında da öndə olacaq. Çünki bütün bu süni intellekt məsələsi son məqamda robotlar üçün hazırlanır. Amma Süni intellektin tətbiq sahələri getdikcə genişlənir. Məsələn, mən tələbələrimə kibercinayətkarlıqla mübarizədə Süni intellekt elementlərini öyrənməyi tövsiyyə edirəm. Bu işlərin maaşı da yüksəkdir. 

Aşağıdakı şəkildə Amerikanın Süni intellektə nə qədər yatırım elədiyini və aşkar fərqlə olduğunu görə bilərik. 

 

Bu məqalədə ölkələr üzrə Süni intellekt (AI) inkişafına aid daha detallı material tapa bilərsiniz. 

Qaynaq.

Comments

Add comment