Məhkəmə GTA VI oyununu sındıran 18 yaşlı xakeri psixiatrik xəstəxanaya göndərdi

Məhkəmə GTA VI oyununu sındıran 18 yaşlı xakeri psixiatrik xəstəxanaya göndərdi

Publish date : 2023/12/22
255 views

Britaniya məhkəməsi 18 yaşlı haker Arion Kurtacı Rockstar Games oyununu sındırmaq və GTA VI oyununu sızdırmaq ittihamı ilə qeyri-müəyyən müddətə psixiatriya klinikasına göndərib. Hakim bildirib ki, Kurtac “Lapsus$” qrupunun əsas üzvlərindəndir və onun bacarığı və cinayət törətmək istəyi onun cəmiyyət üçün nə qədər təhlükəli olduğunu göstərir. BBC xəbər verir ki, həkimlər onun artıq təhlükəli olmadığına qərar verənə kimi, o, ömürlük xəstəxanada qalacaq.

Xatırladaq ki, Kurtaj 2022-ci ilin sentyabrında Travelodge otelində polisin mühafizəsi altında olarkən Amazon Firestick, klaviatura, siçan, otel televiziyası və mobil telefondan istifadə edərək Rockstar Games-i sındıra bilmişdi. Kurtaj, GTA VI-nın ilkin quruluşundan 90 oyun videosu və minlərlə kod sətirini oğurladı. Yeniyetmə kodu və videonu TeaPotUberHacker ləqəbi ilə forumda yerləşdirib. O, məhkəməyə qədər həbs edilib.

Məhkəmə zamanı Kurtacın müdafiə komandası bu ayın əvvəlində yayımlanan GTA VI treylerinin cəmi dörd gündə 128 milyon baxış topladığına diqqət çəkib. Oyunun treylerinin uğurlu olmasının sındırmanın şirkətə ciddi ziyan vurmadığına işarə etdiyini deyən vəkillər, hökm verilərkən bunun nəzərə alınmasını istəyiblər.

Cavab olaraq, Hakim Liz bu və əvvəlki Lapsus$ hücumlarının vurduğu zərəri vurğuladı. Təkcə Rockstar Games məhkəməyə bildirib ki, haker hücumu şirkətə 5 milyon dollara və minlərlə saat işçi vaxtına başa gəlib. Məhkəmə həmçinin qeyd edib ki, Kurtac həbsdə olarkən aqressiv olub və ona qarşı bədən xəsarəti və ya əmlaka dəymiş ziyanla bağlı onlarla şikayət edilib.

Kurtac əvvəllər kəskin autizminə görə həkimlər tərəfindən mühakimə olunmaq üçün yararsız hesab edilmişdi, ona görə də münsiflər heyətindən onun əməllərində cinayət niyyətinin olub-olmadığını müəyyən etmək istənilib. Kurtacın psixi sağlamlıq qiymətləndirməsinə görə, o, həbsdə olarkən kiberhücumlara qayıtmaq barədə danışmağa davam edib və bunu mümkün qədər tez etmək niyyətində olub. Psixiatr qeyd edib ki, "O, bu işlərə çox həvəslidir". Məhkəmənin qərarı ilə Kurtac psixiatriya klinikasına göndəriləcək.

Qeyd edək ki, Lapsus$ Uber, Nvidia, telefon operatoru BT/EE və Rockstar Games kimi İT nəhənglərinə kiber hücumlar təşkil edib. Bu hücumlar şirkətlərə təxminən 10 milyon dollara başa gəlib. Kurtacdan əlavə, səlahiyyətlilər dəstənin adı açıqlanmayan daha bir üzvünü saxlayıblar. Müstəntiqlərin fikrincə, o, Nvidia və BT/EE-nin sındırılmasında, habelə fiziki şəxslərin kriptovalyuta pul kisələrindən vəsaitlərin oğurlanmasında iştirak edib. Yeniyetmə 18 aylıq nəzarət altında reabilitasiya cəzasına məhkum edildi və VPN-dən istifadə etmək qadağan edildi. Kurtac və 17 yaşlı yeniyetmə Lapsus$ qrupunun bu günə qədər məhkum edilmiş ilk və yeganə üzvləridir.

Belə başa düşürəm ki, əvvəllər haker bilik və bacarığı olan insanlar şirkətlər, xüsusi xidmət orqanları tərəfindən "dəyərləndirilirdi", indi isə daha qəddar davranırlar. Hətta şirkətlər "Bug Bounty" icmalara qoşulub, sayt və proqramlarında "açıq" (vulnerability) tapan insanlara (ethic hacker) pul mükafatları verirlər. Ona görə övladınızda haker ruhu kəşf etmisinizsə bu işin təhsilinə önəm verin. Bu məqalədə kiber təhlükəsizlik zabiti kimi hansı karyera əldə edib, nə qazana biləcəyiniz haqqında qıssa bəhs etmişik.

Ümumiyyətlə, "Bug Bounty" karyera eləmək, bilik və bacarıqlar əldə eləmək üçün super yerdir. Bu barədə geniş məqalə də yazmışıq. İnsanlar burda ciddi pullar qazanırlar.

Bu linkdə Lapsus$ xaker qrupun törətdiyi kibercinayətlərin rəsmi siyahısına baxa bilərsiniz.

 

Qaynaq.

Comments

Add comment