Kiber təhlükəsizlik üzrə başlanğıc vəzifə, rol, iş və maaşlar!

Kiber təhlükəsizlik üzrə başlanğıc vəzifə, rol, iş və maaşlar!

Publish date : 2023/12/12
6350 views

On beş il əvvəl bir iş yoldaşım security üzrə sertifikat imthanlarına hazırlaşanda biraz qəribə gəlmişdi mənə. Çünki o dövr üçün Oracle, Java, Cisco kimi terminlər trenddə idi və tək-tük şirkətdə, qurumda security officer (InfoSec) var idi ya yox. Dostum isə mənə bir söz demişdi: Bu işlərin dövrü 10 ildən sonra gələcək. Dediyi çox doğru çıxmışdı. Hal-hazırda kibertəhlükəsizlik (cybersecurity) ən prestij işlərdən birinə çevrilib. Bütün maliyyə dövriyyəsinin rəqəmsal dünyaya keçməsi bir-çox riskləri də özündə ehtiva edir və bu itkilər kiçik rəqəmlər də deyil. Kiber hücumlar artıq maliyyə itkisindən daha çox, strateji və prestij itkisinə səbəb olduğu üçün daha çox diqqət tələb edir. Bu məqalədə başlanğıc səviyyəli kibertəhlükəsizlik işləri, maaşlar, rol və vəzifələri haqqında danışacayıq. 

Əvvəlcə başlanğıc kibertəhlükəzilik işləri nələrdir onun tərifini verməyə çalışaq. Bəzi rollar üçün Milli Təhlükəsizlik Agentliyi (NSA) giriş səviyyəsini bakalavr dərəcəsi və ən az üç ilə qədər müvafiq təcrübə tələb edir. Orta məktəb diplomu və ya GED ilə, ehtimal ki, CV-nizdə dörd və yeddi il arasında müvafiq təcrübəyə ehtiyacınız olacaq. Əksər kibertəhlükəsizlik mütəxəssisləri giriş səviyyəli İT rolunda təcrübə qazandıqdan sonra bu sahəyə daxil olurlar.

 

Başlanğıc səviyyəli 4 kiber təhlükəsizlik işləri

 

1. Information security analyst -İnformasiya təhlükəsizliyi üzrə analitik

Maaş: $107,343

Əvvəlki peşələri: network or systems administrator 

Vəzifə borcları:

  • Şəbəkəni risklərə qarşı monitorinq edir

  • Təhlükəli açıqları aşkarlayır, sənədləşdirir və hesaabat verir

  • İT təhlükəsizlik trendləri araşdırır

  • Kompüter istifadəçilərinə təhülkəsizlik prosedurları və məhsulları mövzusunda dəstək olur

  • Şirkətin kiber təhülkəsizlik strategiyasını hazırlayır

Kiber təhülkəsizlik işləri içərisində başlanğıc üçün ən uyğun işlərdən biri sayılır. 

Sertifikatlar: CompTIA Security+, GIAC Certified Intrusion Analyst (GCIA), GIAC Certified Incident Handler (GCIH)

Uyğun iş başlıqları: cybersecurity analyst, IT security analyst

 

2. Information security specialist-İnformasiya təhlükəsizliyi mütəxəssisi

Maaş: $140,108

Əvvəlki peşələri: networking, IT support, systems engineering

Bu rolda siz məlumatların icazəsiz giriş və kiberhücumlara qarşı etibarlı qalmasını təmin edirsiniz. Təhlükəsizlik mütəxəssisləri üçün məsuliyyətlər təşkilatdan təşkilata dəyişir, lakin aşağıdakıları əhatə edə bilər:

  • Firewall və antivirus proqramlarının sınaqdan keçirilməsi və saxlanması

  • Təhlükəsizlik təlimlərinin həyata keçirilməsi

  • Yeni təhlükəsizlik risklərinin araşdırılması

  • Təhlükəsizlik zəiflik və açıqların yaxşılaşdırılması üçün tövsiyyələrin verilməsi.

Sertifikatlar: CompTIA Security+, Systems Security Certified Practitioner (SSCP), GIAC Security Essentials (GSEC)

Uyğun iş başlıqları: cybersecurity specialist, information security specialist

 

3. Digital forensic examiner-Rəqəmsal məhkəmə eksperti 

Maaş: $102,375Premium Vector | Secret agent icon logo design illustration

Əvvəlki peşələri: IT support, risk analyst

Əgər tapmacanı həll etmək üçün ipucları axtarmağı sevirsinizsə, bu rol sizin üçün uyğun ola bilər. Rəqəmsal məhkəmə müstəntiqləri icazəsiz şəxsin sistemə necə daxil olduğunu aşkar etmək və ya qanuni məqsədlər üçün sübut toplamaq üçün kompüterlərdən və digər rəqəmsal cihazlardan məlumat alır. Gündəlik vəzifələrə aşağıdakılar daxildir:

Rəqəmsal sübutların toplanması, qorunması və təhlili

Silinmiş və ya zədələnmiş sabit disklərdən məlumatların bərpası

Məlumatların axtarışı prosesinin sənədləşdirilməsi və nəzarət zəncirinin saxlanması

Cinayət araşdırmalarında hüquq-mühafizə orqanlarına köməklik

Məhkəmə prosesində ekspert ifadəsinin verilməsi

Sertifikatlar: GIAC Certified Forensic Analyst, EnCase Certified Examiner (EnCE), AccessData Certified Examiner (ACE)

Uyğun iş başlıqları: computer forensic specialist, cyber forensic specialist, digital forensics analyst

 

4. IT auditor

Maaş: $90,252

Əvvəlki peşələri: network administrator, risk analyst, IT support

İT auditoru olaraq siz təşkilatınızın texnologiyasını təhlükəsizlik, səmərəlilik və uyğunluqla bağlı potensial problemlər üçün qiymətləndirəcəksiniz. Daimi tapşırıqlarınızdan bəziləri bunlar ola bilər:

  • Auditlərin planlaşdırılması və həyata keçirilməsi
  • Audit nəticələrinin sənədləşdirilməsi və təqdim edilməsi
  • Tövsiyə olunan və məcburi təhlükəsizlik tədbirləri ilə bağlı təlimatların verilməsi
  • Hər hansı bir təhlükəsizlik riskini aradan qaldırmaq üçün planların hazırlanması
  • Daha yaxşı səmərəlilik üçün imkanların müəyyən edilməsi

Sertifikatlar: Certified Internal Auditor (CIA), Certified Information Systems Auditor (CISA)

Uyğun iş başlıqları: internal IT auditor, security auditor

 

Bunlar başlanğıc səviyyəli mütəxəssislər üçün Kiber təhlükəsizlik işləri sayılır, bir sonrakı məqalədə orta səviyyəli (Mid-level cybersecurity jobs) kiber təhlükəsizlik işləri barədə ətraflı məlumat verməyə çalışacağıq. Təhlükəsizlik zabitləri həm Azərbaycanda, həm xaricdə iş tapmaq şansları çoxdur, yetər ki, yaşı mütəxəssis olsunlar. Maaşları da bir-çox hallarda proqramçı maaşından daha çoxdur. 

 

Qaynaq

Comments

Add comment