Daha əvvəlki məqalələrdə də qeyd etdiyim kimi ən böyük təmənnilərimzidnən biri Azərbaycan startup ekosistemin də normal səviyyəyə gəlib çatmasıdır. Hərçəənd bu gedişlə heç nə ümidverici bir şey görünmür. Yenə də startup eləmək istəyən dostlar üçün ideya olsun deyə belə bir məqalə hazırladıq. Bu il üçün Türkiyədə LinkedIn-də seçilmiş 10 ən yaxşı startup barədə danışacayıq. Siyahının ilk sırasında Togg olması normaldır, bu işin PR işini birbaşa AK parti özü aparır :)
Siyahını düzəltmək üçün LinkedIn məlumatları əsas alınıb: Böyümə, iş axtaranların marağı, şirkətin və işçilərin üzvlər ilə münasibəti, bacarıqları və sair. Həmçinin şirkət ömrü minimum beş il götürüldü.
Türkiye’nin Otomobil Girişim Grubu Togg elektrikli maşınlar istehsal edərək dayanıqlı avtomobil sənayesinin əsasını qoymağa çalışır. Yadınızdadırsa bu işə bizim ölkə prezidenti də dəstək vermişdi və ilk sifariş verənlərdən biri olmuşdu.
Deməli dostlar, bu oyun sektorunu araşdırdıqca Türk qardaşlarımıza daha çox heyran oluram. Çox super oyun yazma şirkətləri var imiş Türkiyədə. Texnologiya və yaradıcılığı birləşdirən oyun inkişaf etdirmə şirkəti olan Dream Games ən çox Royal Match mobil oyunu ilə məşhurdur.
Yəqin ki, bu şirkət haqqında daha detallı məqalə hazırlaycam və sizə təqdim edəcəm.
Codeway Studios şirkəti süni intellekt əsaslı mobil oyunlar və aplikasiyalar yazır və ən məşhur layihəsi Ask AI mobil tətbiqidir.
Bir FinTech startupı olan Midasda insanlar investisiya hesabları vasitəsilə investorlar NASDAQ və Nyu-York Birjasında (NYSE) müxtəlif səhmlərə və Borsa İstanbulda bütün türk şirkətlərinə investisiya edə bilərlər.
Bu biraz fərqli startup-dır. Deməli bu platforma rəqəmsal medya markaları formalaşdırmağa hədəflənib. Paltforma xəbər başlıqlarını bülleten şəklində göndərir, yazıçı və kontent menecerləri ilə əməkdaşlıq edir.
Türkiyənin Dron istehsalı sektorunda nələr elədyini hamımız gördük. İndi isə Texnologiya startapı TITRA, Türkiyənin ilk uzaqdan idarə olunan helikopteri kimi insansız sistemlər sahəsində məhsullar hazırlayır. Bu startup, həmçinin ağıllı sağlamlıq, böyük verilənlər (Big Data) və süni intellektlə (AI) bağlı araşdırmalar aparır.
Plan-S, Əşyaların İnterneti (IoT) və Big Data texnologiyalarından faydalanan peyk sistemləri hazırlayır. Bu startup eyni zamanda kənd təsərrüfatı və enerji sektoru ilə əlaqəli yerin müşahidəsi sahəsində xidmətlər təklif edir.
Bitexen bankçılıq, ödəniş sistemləri, informasiya təhlükəsizliyi və innovasiyalar sahəsində təcrübəsi olan mühəndislər tərəfindən hazırlanmış rəqəmsal aktivlər üçün onlayn ticarət platformasıdır.
Mənzil kirayəsi platforması olan Missafir, texnoloji cəhətdən çox gözəl profil idarəçiliyi, dinamik qiymətlər və əməliyyat dəstəyi xidmətləri ilə ev sahiblərinə mənzillərini icarəyə verməyə imkan verir. Bu çox yaxşı startup ideyaya bənzəyi. Girib Playstore-da baxdım, endirim sayı hələki azdır (1k+) amma bu işin bir maraqlı cəhətini sizə deyim. Bir istifadəçinin 20-30 evi ola bilər, bildiyiniz kimi Türkiyədə kirayə bazarı dəhşət böyükdür. Yəni bu cür platformalarda çox böyük pullar fırlanır. Aşağıda buna bənzər bir startup ideya da özüm deyəcəm.
Mobil oyunlar gəliştidirən Spyke Games bununla bərabər oyunların bir yerdə oynandığı sosial platforma olmağa da çalışır.
Deməli, dostlar, qeyd etdiyim kimi türk qardaşlarımız oyun yazma sektorunda əməlli yol qət ediblər. Darısı bizim başımıza. Amma indi sizə bir startup ideya haqqında danışmaq istəyirəm, fikirlərinizi kommentlərdə yazsanız maraqlı diskusiya alınacağına əminəm.
Türkiyədə turizm çox inkişaf edib və əsas müştəri bazarı keçmiş MDB ölkələrindəndir. Türkiyədə rus dili problemi var. Əgər bizim azərbaycan balaları Türkiyənin turizm sektoru üçün startuplar eləsələr çox uğurlu ola bilərlər. Bunlar yuxarıdakı Missafir kimi kirayə, otel, trip, tarixi və mədəni yerlərlə bağlı bir şey ola bilər. Startupın iki cəhəti də bizim üçün asan olar, çünki Türkiyə də bizim üçün doğma yerdir, rus mədəniyyəti və bazarını yaxşı bilirik.
Comments
Add comment