Dünyada ən yaxşı 5 EdTech şirkət

Dünyada ən yaxşı 5 EdTech şirkət

Publish date : 2023/12/12
335 views

Hər nə qədər müəllim peşəsi bizim cəmiyyətdə ən şərəfli iş sayılsa da, müstəqillik dövründə bir-çox təhsil müəssisələri, kurslar açsaq da çox təəssüf ki, azərbaycan xalqı kimi zəki bir toplum EdTech (təhsil texnologiyaları) dünyasında geridə qalır. Bu məqaləni hazırlamaqda məqsədim startup eləmək arzusunda olan dostları bu istiqamətə həvəsləndirməkdir. Lazım olduğu təqdirdə bu sahədə təmənnasız konsultasiya eləməyə də Balboaschool  olaraq hazırıq. Təhsil sektorunu uzun müddət təhlil edirik. Elə bizim bu layihə də bir startup sayıla bilər əslində.

Bu məqalədə 2023-cü il üçün dünyada ən böyük EdTech şirkətləri barədə danışacayıq

  1. BYJU's

Təqribi dəyərləndirilməsi: 22 milyard $

Hal-hazırda 40 milyondan çox istifadəçi bu platformada animasiyalı öyrədici videolara baxmaqla bir şeylər öyrənir. Bir çoxları GRE, GMAT kimi qlobal vəya Hindistanda populyar olan CAT və IAS imtahanına girməzdən öncə BYJU's -da hazırlaşmağa üstünlük verir. 22 milyard dollar qiymətləndirmə ilə dünyanın ən bahalı EdTech startupı sayılır. 

2. Yuanfudao

Təqribi dəyərləndirilməsi: 15 milyard $

Yuanfudao 4 milyon istifadəçisi olan və Çində yerləşən özəl EdTech şirkətdir. Süni Zəka ilə fərdi təhsil imkanı verən ilk platformalardan biridir. Bu saytda təcrübəli müəllimlərlə onlayn dərslər və qeyd olunmuş sessiyalarda iştirak edə bilirsiniz. Qeyd dəftərləri və müvafiq materiallar da təmin edilir. Şagirdlərin daha ətraflı anlaması üçün interaktiv lövhələr və flaşkartlardan da istifadə mümkündür. 

3. New Oriental Education and Technology Group Inc. 

Təqribi dəyərləndirilməsi: 9 milyard $

Dünyada ən böyük EdTech şirkətlərdən biri də Çində yerləşən və özəl təhsil imkanları təqdim edən New Oriental Education and Technology Group Inc qrupdur. Bu platforma tələbələrə məktəb imtahanlarına, beynəlxalq səviyyəli GRE və IELTS imtahanlara hazırlaşmaqda yardımçı olur. New Oriental VR Academy dərslərdə VR (Virtual Reallıq) texnologiyasından istifadə edir.

4. Pearson plc

Təqribi dəyərləndirilməsi: 7.8 milyard $

2013-cü ildən etibarən, Pearson plc  məktəb və kolleclər üçün vahid rəqəmsal təhsil asistenti olmaq iddiasındadır. Bu platforma, təhsil müəssisələrinin tələbələrin qiymətləndirməsinə kömək edə biləcək sınaqlar və müvafiq kriteriyalar yaradır. Həmçinin, tələbələr üçün kurs məzmunu hazırlamağa kömək edir. Tələbələr onlayn öyrənmə platformasına daxil olaraq onlayn kurslara giriş edə bilərlər. Müəllimlər həmçinin Pearson PLC tərəfindən təklif edilən yeni öyrətmə metodlarına uyğunlaşaraq öyrənə bilərlər.

5. Duolingo, Inc

Təqribi dəyərləndirilməsi: 5.5 milyard $

Bu proqram ilə yəqin ki, çoxumuz tanışıq. Mən özüm də tələbələrimə vəya ingilis dilini öyrənmək istəyən insanlara bu proqramı tövsiyyə edirəm. Duolingo-da bir nüans çox xoşuma gəlir. Siz orda dərsləri pulsuz istifadə edib sonda sertifikat almaq üçün 50-100$ arası ödəyib imtahan verə bilirsiniz. Bildiyim qədəri ilə Duolingo sertifikatı da IELTS və SAT kimi avtoritet test sayılır. Bir çox universitetlər Duolingo sertifikatını qəbul edir. Platformada 40-dan yuxarı dil üçün sertifikat və dərs imkanları mövcuddur. 

Maraqlıdır, Udemy çox populyar olsa da bu siyahıya düşməyib. Axtarış edib market dəyərinə baxdım 2.3 milyard dollar idi. Yəqin ki, bilirsiniz, Udemy bir türk mühəndisin startup-ıdır. Gələcəkdə Azərbaycan şirkətlərini də ən azı Top 200 EdTech şirkəti arasında görmək ümidi ilə...

Mənbə.

 

Comments

Add comment