Boğaziçi ventures oyun şirkətlərinə yatırım edir

Boğaziçi ventures oyun şirkətlərinə yatırım edir

Publish date : 2023/12/12
248 views

Bir əvvəlki məqalədə Azərbaycanda oyun (game) şirkəti qurub biznes etməyin, gəlir əldə etməyin (monetization) mümkünlüyü barədə danışmışdıq. Qardaş ölkədən uğur hekayəsi misal gətirmişdik necə bir şirkət milyard gəlir əldə edib. (Toon Blast oyunu ilə) Bu məqalədə digər yatırım xəbəri ilə davam edəcəyik. Oyun yazma ekosistemi yatırımıçısız inkişaf etməz, ona görə bizdəki əksikləri bir-bir göstərirəm ki, hər kəs öz üzərinə düşəni anlasın və etsin. Fərqli sektorlarda yatırımları ilə gündəmdə olan Boğaziçi Ventures yeni oyun yatırımı Frozen Pawn’ı duyurdu. Bu yatırım ilə Frozen Pawn qlobal bazarda daha yaxşı nəticələr əldə etməyi hədəfləyir. İnvestisiya edilən məbləğ haqqında bir şey bilinmir.

Oyun şirkətlərinə yatırım

Frozen Pawn, oyun sektorunda yetişmiş gənc və dinamik bir komanda tərəfindən qurulan İstanbul mərkəzli bir oyun şirkətidir. Mobil, PC platformalarda, həm tək, həm çox oyunçulu oyunlar yazırlar. Deməli bu şirkət həm oyun yazır, bunlardan ən məşhuru Heist Guyz adlı multiplayer taktiki snayper oyunudur. Həmçinin bu şirkət BV Growth portfolio şirkətlərindən biri olan UGC90 ilə anlaşıb, Fortnite, Minecraft və Roblox kimi platformalarda istifadəçi tərəfindən düzəldilən kontent üzərinə də fokuslanırlar. Yəqin ki, bu texnologiya barədə ayrıca məqalə hazırlayacam, maraqlı mövzudur. 

Şirkətin rəsmi saytında 20-dən çox oyunları olduğu, aylıq yüz mindən yuxarı aktiv oyunçu sahibi olduqları qeyd edilib. Oyunlar arasında Maze Royal, Hero Survival Evolution, Face2Face, Army Zone Wars kimi oyunlar vardır.

 

"Frozen Pawn'a yaptığımız yatırım hem şirketimiz hem de Türkiye oyun sektörü için stratejik bir adımdır. Teknoloji ve yenilikçi çözümlere odaklanarak yatırım yapma stratejisi ile Boğaziçi Ventures, Frozen Pawn’ın Türkiye'nin oyun sektörünü uluslararası arenada daha parlak bir geleceğe taşıma hedefine katkıda bulunmayı hedefliyoruz."

Burak Balık (Boğaziçi Ventures CEO)

 

Frozen Pawn ortaqlardan biri Aykut Şahin, "Boğaziçi Ventures tərəfindən aldığımızı yatırım ilə UGC gaming sahəsində qlobal bazarda payımızı artırmağı hədəfləmişik. Dünya səviyyəsində Fortnite Creative tərəfində işləyən studiyalardan birincilərindənik və bu mövqeyi qorumağa çalışırıq."

Burda maraqlı olan isə digər ortağın gördükləri bu işin tək özləri üçün deyil, sektora da böyük faydası olacağından bəhs edir. Məqaləni hazırlayarkən Aykut Şahinin Linkedin profilinə də keçid qoydum ki, belə adamları izləyib, dinləmək lazımdır. Boğaziçi Ventures tərəfindən oyun şirkətlərinə yatırım ilk deyil. Bir sonrakı məqalədə Boğaziçi Ventures tərəfindən elə bu il əldə edilmiş digər oyun şirkəti Arvis Games barədə bəhs edəcəm.

 

Qaynaq.

Comments

Add comment