Oyun yazan şirkət qurub pul qazanmaq mümkündürmü?

Oyun yazan şirkət qurub pul qazanmaq mümkündürmü?

Publish date : 2023/12/12
256 views

Oyun-əyləncə (Entertainment) sektoru 200 milyard $ dövriyyəsi ilə çoxdan ən böyük sektorlardan birinə çevrilib. Təsəvvür edin min illik tarixi, çeşidi ilə pendir sektoru 150 milyard $ təşkil edir. Oyun sektorunda 92 milyard dollar mobil tətbiqlərin payına düşür. Bu statistikanı gətirməkdə bir məqsədim var. Modern motorlarla (engines) oyun yazmaq çox asanlaşıb. Qazanclı sektor olduğu üçün burada çox güclü rəqabət formalaşıb. Ona görə məqalənin başlığını bu cür qoydum və sizinlə birlikdə araşdırma və təhlil aparacayıq ki, bu sektorda pul qazanmaq, biznes eləmək nə qədər realdır. Bizdə də bu sektorda biznes qurub qazanc əldə etmək istəyən tacirlər yəqin ki, formalaşmalıdır. 

Biraz əvvələ gedib, bizim topluma çox yaxın Türkiyədən bir xəbəri yadınıza salmaq istəyirəm. Elə təhlili də buradan aparacam. Dünyada məşhur oyun yazma şirkəti Zynga, iki böyük Türk  oyun şirkətini satın almışdı. Bunlardan biri Peak Games 1,8 milyard $, digəri isə hyper-casual oyun yazan şirkət Rollic 168 milyon $ dəyərləndirilərək satılmışdı. Amma buna kimi Rollic də əməlli işlər görmüşdü: satış olan günə Rollic 250 milyon yükləmə (download) ilə dünyanın ən sürətli böyüyən hyper-casual oyun şirkəti ünvanını qazanmışdı.  

Dünyaca ünlü oyun geliştiricisi Zynga 1,8 milyar dolara satın aldığı Türk oyun firması Peak Games'in ardından hyper-casual (hiper basit) oyunlar üreten bir diğer Türk oyun firması olan Rollic'i de 168 milyon dolara satın aldığını duyurdu.

Mən gedib uzaq Monqolustandan misallar çəkmirəm, hərçənd Mongolustan belə oyun yazma şirkətlərinin sayına görə çox öndədir. Yaxından misal çəkirəm ki, bu işin öhdəsindən gəlməyin mümkünlüyünü daha yaxşı dərk edək. 

Mobil oyun yazan şirkətin uğur hekayəsi

2010-cu ildə qəbul olduğu İstanbul Universitetini yarımçıq qoyan Sidar Şahin, daha öncələri oyun və internet şirkəti qurub bir çox uğurlu layihələrə imza atır. Əvvəlcə Funpac mobil oyun studiyası qurur və 30 ölkədə, 20 ayrı portaldan müştərilər yığır. Bunun ardınca izlesene.com məşhur sosial platformanı qurur. Bu platforma dünyanın ən yaxşı 1000 internet məhsulu arasında yer alır. İki uğurlu layihədən sonra, Gamegarden adlı oyun şirkətini qurur və Doğan qrupa milyon dollara satır. Nəhayət 2010-cu ildə Peak Gamesi qurur və ilk 6 ayda 7.5 milyon dollarlıq yatırım əldə edir. 

Peak Games oyunları arasında: 

Lost Bubble-Bubble shooter 5 milyon yükləmə.

Lost Jewels-1 milyondan yuxarı yükləmə.

Toon Blast-100 milyon müştəri ilə şirkəti zirvəyə daşıyan oyun. 

Toy Blast-50 milyon yükləmə.

 

Özəlliklə son beş ildə Türkiyədəki mobil oyun sektoru qızıl dövrünü yaşayır. Araşdırmalara görə, Peak Games ilə yanaşı, Rollic games, Gram Games və Masomo kimi mobil oyun şirkətlərinin liderliyində Türkiyə hər il 5 milyard dollar yatırım əldə edir. Sadəcə 2019-cu ildə Türkiyədə 40-dan yuxarı mobil oyun şirkəti qurulub. 

Burda Bloombergin xüsusi analizlərinə ehtiyac olmadan deyə bilərəm ki, Türkiyə Universitetləri çox gözəl proqramçılar (developer) yetişdirir və bu sektorun əsas xərcləri arasında işçilik olduğu üçün türk şirkətləri rəqabətə davamlılıq göstərə bilir. 

 

Bizdə də bu cür startupların olması diləyi ilə bu məqaləni yekunlaşdırıram. Bizdə oyun yazan proqramçılar var, müəyyən işlər görən şirkətlər də oldu. Amma bu işin çətin tərəfi satışdır, bunu həll edən ara şirkətlər formalaşsa məncə bu sektor çox qabağa gedə bilər. Azərbaycan nağıllarından çox senari ərsəyə gətirmək olar. Marketoloq dostlara da sataşaq biraz, durub müxtəlif konfranslarda təlimlər keçməkdənsə, bu baryeri aşmağa yollar, çözümlər gətirin hamımız qazanaq. :) Bu arada bir tələbəmin startup-ı ilə bu məqalədən tanış ola bilərsiniz. 

 

Qaynaq

Comments

Add comment