Balboaschool məktəbində oxumaq çətin deyil ki?

Balboaschool məktəbində oxumaq çətin deyil ki?

Publish date : 2024/01/30
457 views

Daha əvvəlki məqalədə Amerika və Avropa universitetlərinə qəbul olmağın daha rahat yolu barədə, Balboschool onlayn məktəbi haqqında məlumat vermişdik. Qeyd etmişdik ki, bu amerika məktəbinin attestatını əldə eləmək asandır və qiyməti də çox münasibdir. Bu attestatla isə övladınız beynəlxalq universitetlərə birbaşa qəbul ala bilir, hətta təqaüd belə əldə eləmək şansı daha çox olur. Valideynləri narahat edən suallardan biri də odur ki, şagird bu məktəbi oxuyarkən çətinlik çəkmir ki, dil biliyi hansı səviyyədə olmalıdır?

Ümumiyyətlə bir tədrisçi kimi qeyd edə bilərəm ki, dünyada ən çətin dərs proqramına malik ölkələrdən biriyik. Biz elə bunu Balboaschool məktəbinin fənləri ilə müqayisədə də görə bilərik. Amerikalılar isə dərsdə tələbəyə lazım olan minimal nəzəri bilikləri verir, lazım olan ixtisası isə dərinliklərinə qədər öyrətməyə çalışır. Balboa məktəbində dərslər ingilis dilində keçilir və dil biliyi B1 vəya IELTS 4.0 səviyyəsində olan şagirdlər asanlıqla dərsləri qavraya bilirlər. İngilis dil biliyi zəif şagirdlər üçün Balboa Language school-un dəyərli müəllimləri əlavə dərslərdə köməklik edə bilərlər. 

Balboaschool amerika məktəbində hansı fənlər keçilir

Dərslər onlayn keçirilir və aşağıdakı fənlər tədris edilir:

  • İngilis dili 1/2 (Ədəbiyyata Giriş)
  • İngilis dili 3/4 (Dünya Ədəbiyyatı)
  • İngilis dili 5/6 (Amerika Ədəbiyyatı)
  • İngilis dili 7/8 (İngilis ədəbiyyatı)
  • Tarix1 və 2
  • Hökümət
  • İqtisadiyyat

Yəni əslində elə bu məktəbi oxuyan tələbənin dil bilikləri də təkmilləşir. Ağır imtahanların əvəzinə, yüngül mövzu quizləri (sınaqlar) keçirilir. Məktəbi 1 vəya 2 il ərzində bitirmək mümkündür. Burda təkcə dil bilikləri yox, amerika mədəniyyəti və o cəmiyyətə uyğun vərdişləri də əldə edəcəklər. Bir çox valideyn bu məqama diqqət eləmir, amma şagirdlərin əcnəbi cəmiyyətə inteqrasiyası, uyğunlaşması da önəmli məsələdir. Qonşunun kefini soruşduğun vəya küçədə qaradərili balaca uşaqla şəkil çəkdirmək istədiyin üçün rahatlıqla məhkəməyə verilə bilərsən.

Məktəbə 7-11-ci sinif şagirdləri qəbul ola bilirlər. Bu attestatı əldə etdikdən sonra SAT, TOEFL vəya IELTS sertifikatlarına ehtiyac olmadan xaricdə təhsil ala bilərsiniz. Hələki, proqram yuxarı siniflər üçün nəzərdə tutulub, gələcəkdə aşağı siniflər üçün də proqam açılacaq.

Qısacası, insan həyatda nəticə əldə etmək istəyirsə, çətinliklərə sinə gərməyi öyrənməlidir. Bu proqramda dil biliyi normal səviyyədə olan şagirdlər üçün heç bir çətinlik yoxdur. Sual və ətraflı məlumat üçün əlaqə bölümündəki nömrə ilə əlaqə saxlayıb, suallarınızı soruşa bilərsiniz. 

Sonda sizə dəyərli mütəxəssisimiz Elvin müəllimin bu barədə qeydlərini təqdim edirəm.

 

Qaynaq: https://www.balboaeducation.com/balboa-school

 

Comments

Add comment