Tələbələr üçün təcrübə qazana biləcəkləri yeni platforma: TASKILLED

Tələbələr üçün təcrübə qazana biləcəkləri yeni platforma: TASKILLED

Publish date : 2024/01/15
339 views

Yəqin ki, əvvəlki məqalələrimizdə bizim də yerli startup ekosistemə müsbət qatıqımızın olma niyyətimizi hiss eləmisiniz. Xüsusən oxumağa çox həvəsli olan bu toplumda EdTech startup-ların çox ola biləcəyi üçün hər cür şəraitin mövcud olduğunu söyləyirdim. Bu məqalədə yeni tanış olduğum bir platforma taskilled.com barədə məlumat vermək istərdim. Çox iddialı və ciddi işlər ortaya qoyan bu komanda haqqında yaxın zamanlarda bir video süjet də hazırlamağa çalışacam. Hələ ki, bu EdTech barədə qısa təqdimatı sizinlə paylaşıram. Xaricdə təhsil almaq, iş tapmaq istəyən gənclər üçün böyük problemlərdən biri təcrübə problemidir. Bu platforma sizə bu mövzuda böyük dəstək olacağına əminəm. 

Taskool -  zəngin portfel yaradaraq, bacarıqları dünyanın reytinqli Universitetlərinə təqdim etmə imkanı verən platformadır. 

Platformada müxtəlif layihələr üzərində tək və ya komanda şəklində işləmək, intensif kurslarla praktiki biliklər əldə etmək və müxtəlif intelektual yarışlara qoşulmaq olar. 

Platformada yaradılan müxtəlif qruplara üzv olmaqla maraq dairəsinə uyğun həmfikirlər tapmaq və qarışılıqlı əlaqə qurmaq mümkündür. 

  • Platformada praktik yönümlü, tapşırıq əsaslı təlim proqramları təşkil olunur.

  • Əyləncəli 3D oyunlarla bilik və bacarıqlar qazandırılır.

  • Müxtəlif mövzularda işləmək üçün özünə qlobal komanda yoldaşı tapa və ya hər hansısa layihəyə qoşulabilər, layihə üçün mentor tapabilər

  • Əldə etdiyi naliyyətləri hər kəslə paylaşabilər.

  • Performanse score yaratmaqla öz inkişafını artırmaq üçün təşfiq olunacaq, vaxtını boşuna keçirməsin faydalı olsun deyə yol xəritəsi yaradbiləcək, sistem avtomatik proqramına nəzarət edəcək. Sapmalaer olarsa xəbərdarlıqlar edəcək. Telefonda vaxtını boş keçirməməsi üçün məlumat verəcək. 

  • Dünyanın müxtəlif yerlərindən həm yaşıdlarıyla müxtəlif layihə çərçivəsində işləyərək dostluqlar qurabiləcək.

  • Məktəblilərə özlərini yetişdirmələri üçün əlavə təşfiqlər edəcək.

  • Expertlərlə müxtəlif mövzularda konsultasiya almaq üçün tələblərinə üyğün, istədikləri dildə, ekspertin bacarıq və onun haqqında yazılan dəyərləndirmələrə əsasən kalendarından boş vaxtını alaraq görüş keçirdəbiləcək.

  • İxtisas seçim proqramlarıyla özünə yol xəritəsi (uyğun gələn ixtisaslara əsasən) seçərək özünü yetişdirəbiləcək.

Əsas İstiqamətlər

  • Mühəndislik - Süni intelekt, Proqramlaşdırma, Oyun mühəndisliyi

  • Fərdi keyfiyyətlərin inkişaf etdirilməsi - sosial elmlər

  • Fənn bilikləri - dəqiq elmlər

Fəalliyyət strukturu

  • Kurs proqramlar

  • Layihələr

  • İxtisas seçimi - TİP

  • Simulyasion oyunlar - dron idarə etmə, Yaşıl enerji, Kimya Lab.

Aktivliklər

  • Profil yaradabilmə - zəginləşdirmək üçün motivasiya

  • Paylaşımlar etmə

  • Komandada işləmə

  • Təlimlər alma

Onlayn yarışlar

  • Olimpiada: Süni İntelekt (kimya, biologia və fizikada tətbiqi) və Oyun mühəndisliyi üzrə

  • STEAM Layihələr 

Hədəf kütləsi

  • 5-8 // 9-12 sinif şagirdləri

Təfədaşlar

  • Təlim mərkəzləri

  • Təhsil təşkilatları

  • Məktəblər (orta, peşə)


Platformaya keçid üçün bu keçidi istifadə edə bilərsiniz.

 

Comments

Add comment