İnsanlar ən çox hara səyahət edir və nə qədər xərcləyir?

İnsanlar ən çox hara səyahət edir və nə qədər xərcləyir?

Publish date : 2024/01/08
258 views

BMT-nin ümumdünya Turizm Təşkilatı (BMüTT) 2022-ci il üçün turistlərin sayı, ümumi gəliri və adambaşına düşən turist gəlirləri baxımından ölkələr üzrə məlumatları yeniləyib. BMüTT-nin məlumatına görə, səyahət edənlərin ümumi sayı 969 milyon, ümumi gəlir isə 1 trilyon 73 milyard dollar olaraq açıqlanıb.

2022-ci ilin məlumatına görə, dünyada ən çox turist qəbul edən 10 ölkə:

1. Fransa 79,40 milyon
2. İspaniya 71,66 milyon
3. ABŞ 50,87 milyon
4. Türkiyə 50,45 milyon
5. İtaliya 49,81 milyon
6. Meksika 38,33 milyon
7. Böyük Britaniya 30,74 milyon
8. Almaniya 28,46 milyon
9. Yunanıstan 27,84 milyon
10. Avstriya 26,21 milyon

2022-ci ildə turizm gəlirlərinə görə dünyada ən çox gəlir əldə edən 10 ölkə:

1. ABŞ 135,2 mlrd. $
2. İspaniya 72,9 mlrd. $
3. B.Britaniya 68,2 mlrd. $
4. BƏƏ 60,7 mlrd. $
5. Fransa 59, 7 mlrd. $ $
6. İtaliya 46,6 mlrd. $
7. Türkiyə 41,4 mlrd. $
8. Almaniya 31,5 mlrd. $
9. Meksika 28,1 mlrd. $
10. Kanada 24,3 mlrd. $

Adambaşına düşən gəlirə görə dünyada ən çox turisti qəbul edən ölkələr:

1. ABŞ 2658 $
2. B.Britaniya 2217 $
3. Almaniya 1108 $
4. İspaniya 1017 $
5. İtaliya 936 $
6. Türkiyə 820 $
7. Fransa 752 $
8. Avstriya 732 $
9. Meksika 731 $
10. Yunanıstan 669 $
 
Mastercard tərəfindən aparılan araşdırmaya görə, Qlobal Şəhər Destinasiyaları İndeksi müəyyən edilib. Sözügedən siyahı sübut edir ki, illərdir turistlərin böyük marağına səbəb olan bu şəhərlərin əsas spesifik xüsusiyyəti müxtəliflikdir. Çünki insanlar adətən səyahət etmək istədikləri şəhərləri təklif edilən attraksionlara və ətraf mühitin müxtəlifliyinə görə seçirlər. Siyahının aparıcı şəhərləri də öz fərqli həyat tempini, zəngin və bənzərsiz mədəniyyətini və təcrübələrini vəd edir. Bu siyahıya əsasən:

Dünyanın ən çox ziyarət edilən 10 şəhəri aşağıdakılardır:

1. Banqkok (22,78 milyon)
2. Paris (19,10 milyon)
3. London (19,09 milyon)
4. Dubay (15,93 milyon)
5. Sinqapur (14,67 milyon)
6. Kuala Lumpur (13,79 milyon)
7. Nyu-York (13,60 milyon)
8. İstanbul (13,40 milyon)
9. Tokio (12,93 milyon)
10. Antalya (12,41 milyon)
 

Comments

Add comment