Sapienza rəsmi adı - Sapienza - Università di Roma , Sapienza - Roma Universiteti İtaliyanın Roma şəhərində yerləşən universitetdir və dünyanın ən qədim universitetlərindən biridir. Əəsası 14-cü əsrin əvvəllərində Papa VIII Boniface tərəfindən qoyulmuşdur. .
İtaliyanın ən nüfuzlu universitetlərindən biri olaraq, İtaliya və Cənubi Avropanın ali təhsil müəssisələrinin reytinqlərində birinci yerdədir və Avropanın ən yaxşı universitetləri sırasındadır. Əyani təhsil alan tələbələrin sayına görə Avropanın ən böyük universiteti, dünya reytinqində isə 134-cü yerdədir.
1303-cü ildə Papa VIII Boniface tərəfindən birbaşa Vatikana tabe olan təhsil müəssisəsi kimi təsis edilmişdir . 1431-ci ildə Papa IV Eugene təhsil müəssisəsini yenidən təşkil etdi, nəticədə universitetdə dörd yeni fakültə meydana çıxdı bunlar; hüquq, tibb, fəlsəfə və ilahiyyat.
Romanın qarəti zamanı universitet bağlandı və bəzi professorlar öldürüldü. Papa III Paul 1534-cü ildə seçildikdən dərhal sonra universiteti bərpa etdi. 1650-ci illərdə universitet La Sapienza latınca “ müdriklik” kimi tanındı . 1703-cü ildə Papa XI Klement, Yanikul təpəsində torpaq sahəsi alaraq universitetin botanika bağı yaratmışdı.
1870-ci ildə Sapienza papa universiteti kimi öz fəaliyyətini dayandırdı və şəhər institutuna çevrildi. 1935-ci ildə Marcello Piacentini layihəsinə uyğun olaraq yeni universitet şəhərciyi tikildi.
US News & World Report reytinqinə əsasən, universitet İtaliyanın ən yaxşı universitetidir və Avropada 45-ci yerdədir;
Dünya Universitetlərinin Akademik Reytinqində universiteti 101-150-ci qrupa, dünyanın ən yaxşı 3%-lik təhsil müəssisələri arasında yerləşdirmişdir. La Sapienza QS World University Rankings- də 134-cü yerdədir.
Universitetdə fəaliyyət göstərən fakültələr aşağıdakılardır:
Comments
Add comment