Elm və Təhsil Nazirliyi “gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ilində qəbul olan tələbələrlə bağlı göstəriciləri açıqlayıb. “2022-2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin 81 fərqli ali təhsil müəssisəsi üzrə 381 nəfər Azərbaycan vətəndaşı təhsil almaq hüququ qazanıb. Seçilənlərin 314 nəfəri (82%) magistratura pilləsi üzrə təhsil alacaq. Açıqlanan rəqəmlərdən aydın olur ki, dövlət proqramına seçim zamanı əsasən magistratura pilləsi üzrə təhsil almaq istəyən şəxslərə üstünlük verilir.
Cədvəl 1: Təhsil səviyyəsi üzrə 2023-cü ildə dövlət proqramına qəbul olunanların sayı
Təhsil səviyyəsi | Qəbul olan tələbə sayı | Qəbul olunan tələbə sayı (%) |
Magistratura | 314 | 82% |
Bakalavr | 67 | 18% |
Ümumi | 381 | 100% |
2023-cü ildə dövlət proqramına qəbul olmuş 381 nəfərdən 214 nəfəri (56%) kişi, 167 nəfəri (44%) qadındır. Ümumi qəbul olunanlar arasında cins nisbəti bir-birinə yaxın olsa da, təhsil səviyyələri üzrə cins nisbətində kəskin fərq müşahidə edilir.
Cədvəl 3: Ölkələr üzrə 2023-cü ildə dövlət proqramına qəbul olunanların sayı:
Təhsil səviyyəsi | Qəbul sayı | Qəbul sayı (%) |
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı | 227 | 59,6% |
Türkiyə Respublikası | 53 | 13,9% |
Amerika Birləşmiş Ştatları | 51 | 13,4% |
İtaliya Respublikası | 11 | 2,9% |
Almaniya Federativ Respublikası | 8 | 2,1% |
Avstraliya İttifaqı | 6 | 1,6% |
Niderland Krallığı | 4 | 1,0% |
Sinqapur Respublikası | 4 | 1,0% |
Belçika Krallığı | 4 | 1,0% |
İsveçrə Konfederasiyası | 3 | 0,8% |
Fransa Respublikası | 3 | 0,8% |
İsveç Krallığı | 2 | 0,5% |
Bundan əlavə Çin, İsrail, Finlandiya, Danimarka və Kanada hər birinə bir nəfər qəbul əldə edib.
Ən çox hansı ölkələrə tələbə göndərilib?
2023-cü ildə dövlət proqramı hesabına tələbə olacaq şəxslərin seçim etdiyi 17 ölkə arasında arasında Böyük Britaniyada yerləşən universitetlərə qəbul olunanlar çoxluq təşkil edir. 2023-cü ildə dövlət proqramına daxil olan şəxslərin 60 faizi Britaniya universitetlərində təhsil alacaq.
Dövlət proqramına qəbul olan qadınlar arasında Britaniya universitetlərini seçənlərin sayı daha yüksəkdir – 67 faiz. Kişi tələbələr arasında Türkiyə universitetlərinə qəbul olan tələbələrin xüsusi çəkisi (18%), qadınlarla müqayisədə (9%) iki dəfə daha yüksəkdir.
Dövlət proqramına seçilən tələbələrin qəbul olduğu ölkələrin sayını təhsil səviyyəsi üzrə gözdən keçirdikdə sıralamada fərqli vəziyyət yaranır. Belə ki, magistratura pilləsinə qəbul olunan şəxslərin 70%-i Britaniya universitetlərinə qəbul olduğu halda, bakalavr təhsili alacaq şəxslər arasında Britaniya universitetlərinə qəbul olunanların xüsusi çəkisi cəmi 10%-dir. Bakalavr üzrə xaricdə təhsil alacaq tələbələrin ən çox seçim etdiyi ölkə Türkiyədir. 2023-cü ildə xaricdə təhsil üzrə dövlət proqramına bakalavr pilləsi üzrə qəbul olan 67 nəfərdən 51-i (76%) Türkiyə universitetlərində təhsil alacaq.
Ən çox hansı universitet və fakultələrə qəbul olub?
2023-cü ildə dövlət proqramına çərçivəsində 81 fərqli universitetə qəbul olub. 2023-cü ildə dövlət proqramı çərçivəsində Britaniyada 23, ABŞ-da 20, Türkiyədə 8 fərqli universitetə qəbul aparılıb.
Cədvəl 4: Universitetlər üzrə 2023-cü ildə dövlət proqramına qəbul olunanların sayı (Top 20)
Universitet | Qəbul sayı (nəfər) | Qəbul sayı (%) |
“University of Manchester” | 36 | 9,45% |
“King’s College London” | 26 | 6,82% |
“University of Edinburgh” | 23 | 6,04% |
“Bilkent University” | 22 | 5,77% |
“Koç University” | 19 | 4,99% |
“University of Glasgow” | 16 | 4,20% |
“UCL” | 14 | 3,67% |
“University of Warwick” | 13 | 3,41% |
“University of Aberdeen” | 13 | 3,41% |
“University of Exeter” | 12 | 3,15% |
“University of Sheffield” | 11 | 2,89% |
“London School of Economics and Political Science” | 10 | 2,62% |
“Harvard University” | 9 | 2,36% |
“Imperial College London” | 8 | 2,10% |
“University of Leeds” | 7 | 1,84% |
“University of Bristol” | 7 | 1,84% |
“Newcastle University” | 7 | 1,84% |
“University of Illinois at Urbana-Champaign” | 6 | 1,57% |
“University of Leicester” | 5 | 1,31% |
“Lancaster University” | 5 | 1,31% |
Cədvəl 4-dən göründüyü kimi, 2023-cü ildə dövlət proqramı çərçivəsində ən çox qəbul olunan universitet Böyük Britaniyanın Mançester Universitetidir. 2023-cü ildə dövlət proqramına daxil olan tələbələrin təxminən 10 faizi məhz bu universitetə qəbul olub. Top 20 universitet arasın ilk üç universitet məhz Böyük Britaniya universitetləridir. Bakalavr pilləsi üzrə dövlət proqramına qəbul olanlar arasında ilk yeri isə Türkiyənin Bilkent Universiteti tutur.
2023-cü ildə dövlət proqramına qəbul olunan 381 tələbə ümumilikdə 139 fərqli ixtisas üzrə təhsil alacaq. Açıqlanan göstəricilərdən aydın olur ki, dövlət proqramı çərçivəsində ən çox qəbul aparılan fakultələr Maliyyə və Komputer mühəndisliyidir.
Cədvəl 5: Fakultələr üzrə 2023-cü ildə dövlət proqramına qəbul olunanların sayı (ən azı 5 tələbənin qəbul olduğu fakuktələr)
Fakultə | Qəbul sayı | Qəbul sayı (%) |
“Finance” | 37 | 9,71% |
“Computer Engineering” | 29 | 7,61% |
“Inclusive Education: Research, Policy & Practice” | 10 | 2,62% |
“Petroleum Engineering” | 10 | 2,62% |
“Public Administration” | 10 | 2,62% |
“Public Policy” | 10 | 2,62% |
“Supply Chain and Logistics Management” | 9 | 2,36% |
“Advanced Computer Science” | 9 | 2,36% |
“Data Science” | 9 | 2,36% |
“Economics & Finance” | 8 | 2,10% |
“Finance Analytics” | 8 | 2,10% |
“MBA” | 7 | 1,84% |
“Economics” | 7 | 1,84% |
“Information Systems and Technologies” | 6 | 1,57% |
“Quantitative Finance” | 6 | 1,57% |
“Computer Science” | 6 | 1,57% |
“Education Management” | 6 | 1,57% |
“Advanced Chemical Engineering” | 5 | 1,31% |
“Data Science and Analytics” | 5 | 1,31% |
Həm qadınlar (13 nəfər), həm də kişilər arasında (24 nəfər) ən çox seçilən ixtisas Maliyyədir. Komputer mühəndisliyi üzrə qəbul olan 29 tələbədən 27-si bakalavr təhsili alacaq. Yəni, bakalavr tələbələrinin ən çox seçim etdiyi ixtisas məhz computer mühəndisliyidir.
Qəbul olunanların siyahısıbı fakultələr üzrə nəzər yetirsək aydın olur ki, dövlət proqramı çərçivəsində informasiya texnologiyaları, iqtisadiyyat və maliyyə ilə bağlı ixtisaslara qəbul olanların sayı digər istiqamətlərlə müqayisədə daha çoxdur.
Cədvəl 6: İxtisaslar üzrə 2023-cü ildə dövlət proqramına qəbul olunanların sayı
İxtisas | Qəbul sayı | Qəbul sayı (%) |
İnformasiya texnologiyaları | 77 | 20,2% |
İqtisadiyyat və maliyyə | 76 | 19,9% |
Təhsil | 38 | 10,0% |
Mühəndislik | 35 | 9,2% |
Statistika və verilənlərin təhlili | 35 | 9,2% |
Dövlət İdarəetməsi | 34 | 8,9% |
Energetika | 25 | 6,6% |
Tətbiqi və fundamental elmlər | 16 | 4,2% |
Nəqliyyat və logistika | 14 | 3,7% |
Ətraf mühit | 8 | 2,1% |
Arxitektura və dizayn | 7 | 1,8% |
“MBA” | 7 | 1,8% |
İctimai səhiyyə | 4 | 1,0% |
Aviasiya və kosmos | 3 | 0,8% |
Kənd Təsərrüfatı | 2 | 0,5% |
Grand Total | 381 | 100% |
Dövlət proqramına qəbul olan şəxslərin əsas ixtisaslar üzrə bölgüsündən aydın olur ki, “İnformasiya texnologiyaları” üzrə dövlət proqramına qəbul olanların 77%-ni kişilər, cəmi 23%-ni qadınlar təşkil edir. Qadınların ən çox qəbul olduğu istiqamət isə təhsillə bağlı fakultələrdir. Dövlət proqramı çərçivəsində 2023-cü ildə təhsillə bağlı ixtisaslara toplam 38 nəfər qəbul olub ki, onların da cəmi 1 kişidir. Qadınların ixtisas seçimi ilə bağlı diqqət çəkən daha bir məqam dövlət idarəetməsi ilə bağlı ixtisaslarda qadınların sayının (20 nəfər) kişilərdən (14 nəfər) daha çox olması ilə bağlıdır. “Aviasiaya və kosmos” ixtisası üzrə dövlət proqramına qəbul olan hər üç tələbə isə kişilərdən ibarətdir.
Comments
Add comment