İngilis dilini niyə öyrənək?

İngilis dilini niyə öyrənək?

Publish date : 2023/12/28
views

İngilis dili 53 ölkədə rəsmi dil kimi istifadə olunur. Bundan əlavə dünyada 400 million insan tərəfindən bu dil hər gün istifadə olunur. Amma bununla bitmir. İngilis dili eyni zamanda dünyada ikinci ən çox danışılan dil kimi də tanınır. 

Bu dili bilmək, sizə hər hansı bir ölkədən olan insanla rahat şəkildə danışmaq imkanı verəcəkdir. Eyni zamanda sizə dünyanın qapılarını açaraq, yeni iş imkanları təklif edəcəkdir. 

İndiki dövrdə bir çox filmlər, televiziya proqramları, kitablar, jurnallar, məqalələr bu dildə istehsal olunur. Bu dili bilməklə siz rahat şəkildə oxuya, dinləyə, yaza və ən əsası danışa bilərsiz. 

İngilis dili hal-hazırda internet dili kimi də istifadə olunur. Hesablamalara görə internetdən hər gün 565 million insan istifadə edir və 52% insan internet səhifələrini məhz ingilis dilində işlədir. Ona görə də bu dili öyrənmək internetin yarı hissəsinə maneəsiz daxil olma imkanı yaradır. Əgər siz ingilis dilini mükəmməl öyrənsəz istənilən məlumatı asanlıqla dəyişə bilər və digər insanlarla rahat şəkildə ünsiyyət yarada bilərsiz. 

İngilis dili səyahəti asanlaşdırır.

Əvvəl qeyd etdiyimiz kimi, ingilis dilini 53 ölkə rəsmi dil kimi istifadə edir və bu da səyahət edənlərin bu dildə rahat şəkildə danışmağına imkan yaradır. Təbii ki, siz bu dil də müəyyən səviyyədə danışırsınızsa. Nəzərə alsaq ki, hava limanlarında olan elanlar, qatarların gəlmə və getmə vaxtları, təcili məlumatlar, küçə işarələri ingilis dilində olduğundan ingilis dilini bilmək sizə səyahətdə rahatlıq yaradacaq. 

İngilis dili sizi daha ağıllı edə bilər :)

Xarici bir dil öyrənmək sizin idrakınızı və analitiki düşünmənizi gücləndirir. Hər hansı yeni bir dil öyrənmək çətin prosesdir və bir çox mental çalışmalardan keçir. 2012-ci il Swiss araşdırmalarına görə yeni bir dil öyrənmək insanın beynini gücləndirir, məntiqin formalaşmasına kömək edir və şüurunun daha da üst səviyyədə olmasına şərait yaradır. Ona gördə siz bu dili öyrənməklə bu kimi faktorları inkişaf etdirə bilərsiz və daha da ağıllı olarsız. İngilis dilini öyrənmək tək faydalı yox, eyni zamanda məmnuniyyət verir və sizin özünüzü daha yaxşı hiss etmənizə şərait yaradır. 

İngilis dilin öyrənməyə indidən başlayın və yuxardakıların sizin həyatınıza asanlıqla daxil olmasına şərait yaradın.

Balboaschool dil məktəbi sizlərə müxtəlif məqsədlər üçün ingilis dili öyrənmək imkanı verir, bu linkdən baxa bilərsiniz.

Qaynaq.

Comments

Add comment