Şagirdlər imtahanda niyə zəif nəticə göstərir?

Şagirdlər imtahanda niyə zəif nəticə göstərir?

Publish date : 2023/12/25
362 views

Bu məqalədə şagirdlərin imtahanda zəif nəticə göstərməyinin səbəbləri barədə danışacağıq. Əsas hədəf Türkiyə YÖS və DİM imtahanına hazırlaşan tələbələr olsa da, yazılanların çoxu hərkəsə aiddir. İndi informasiya zəmanəsidir, informasiya çox sürətlə axır. Şagirdlər də imtahanda sürətli və çevik olmalıdırlar. 

Bir-çox savadlı və zəki tələbələrimiz olur ki, çox bilikli olduğu mövzularda belə aşağı performans göstərir. Burda əsas problemlər konsentrasiya və sürətdir. Konsentrasiya yəni diqqət, daha doğrusu diqqət pozuqluğu barədə ayrıca danışarıq. Bu gün daha dərin problemi dilləndirəcəyik. Müasir imtahanlarda bir suala ortalama  45-60 saniyə vaxt ayrılır. Əksər şagirdlər bu gərginlik altında 100 dəq yaxşı performans göstərə bilmir. Məsələn sualların bir qismini 30-40 saniyəyə həll etsə də, geridə qalan suallara 60-150 saniyə vaxt itirir. Nəticədə bütün suallara sadəcə vaxt çatdırmır və aşağı bal yığır.

Bəs bu sürət və çeviklik necə əldə edilə bilər, onları qeyd edək.

  1. Əvvəla çox misal həll etməklə. Bəli riyaziyyat başda olmaqla, İQ və digər fənlər çox misal həll edilməklə mənimsənir. Belə deyək bir tələbə həftədə ən azı 500-700 misal həll etməlidir. 
  2. Fərqli sual tipləri öyrənərək. Fərqli sual tipi zehnimizi daha yaxşı inkişaf etdirir. İmtahanda isə sürpriz suallarla qarşılaşma proeblimini həll edir.
  3. Olimpiada tipli suallar həll edərək. Olimpiadalar uşaqların zəkasını almaz kimi kəskin edir. Ona görə çalışın övladlarınız 6-7-ci sinifdən başlayaraq mütləq fənn olmipiadalarında iştirak etsin. Şagirdlər olimpiada sualları ilə bu kanaldan tanış ola bilərlər. 
  4. Vaxta işləmək.Ən önəmli bölüm buradır. Bu məqamda biz tələbələrə bir metod öyrədirik. Deməli saniyəölçəni qarşınıza qoyub məsələn 20 dəq ayarlayın və 16-18 suallıq testə başlayın. Vaxt bitəndə dayanın və nəticənizi hesablayın. İdealda 6 ay sonra 20 dəq ərzində 18 sual tam düz yazmağa başlamalısınız. Bunu edərsəniz, 3-4 ay içərisində sürət probleminin həll olduğunu görəcəksiniz.
  5. Təkrar, təkrar, təkrar. Tələbələr mövzu üzrə yaxşı hazırlaşr, ev tapşırıqlarını tam yerinə gətirir. Amma bu dəfə təkrar etmədikləri üçün daha əvvlki mövzular yaddan çıxmağa başlayır. Bu da sürət məsələsinə mənfi təsir göstərir. Təkrar üçün müxtəlif strategiyalar var, onlar barədə də danışmaq olar. Hələlik bunu edin, bir kitab götürün başdan-sona kimi hər mövzudan 2-3 sual edib bitirin. Bunu ayda ən azı bir dəfə edin. Bir-iki saat vaxtınızı alacaq.
  6. Dəsti-xətt

Bəzi tələbələrin yazısı çox bərdbaddır. Burda bərbad deyəndə səliqəli yazmamaq başa düşülməsin. Şagird o qədər ləng yazır ki, bu da sualı gec həll eləməyə gətirib çıxarır. Məsələn, YÖS imtahanında böyük hərflərlə, geniş sahədə yazı yazmaq özü də pis vərdişdir. Bəli, bu cür yazarkən səhv eləmək ehtimalı çox az olur. Amma istənilən halda, çox təəssüf ki, indiki imtahanlar sürət və bilik performansını ölçür. 

Qaynaq.

Comments

Add comment