Avropada oxuyan tələbənin xərcləri nə qədər olur?

Avropada oxuyan tələbənin xərcləri nə qədər olur?

Publish date : 2023/12/25
222 views

Xaricdə təhsil almaq istəyən tələbələr üçün əsas seçim Amerika, Avropa, Kanada, Koreya, Çin və Türkiyə universitetləridir. Bu seçimə ən çox təsir edən amil təbii ki, valideynlərin maliyə gücüdür. Ona görə hər ölkə üçün bir tələbənin ortalama xərci nələrdir bu barədə məqalələr hazırlayacağıq. Bu məqalədə Avropada universitet oxuyan tələbənin illik xərcləri haqqında danışacam. Rəqəmləri korrektə etmək üçün məqalənin rəy bölümünə yazın, biz də düzəlişlər edək ki, insanlar istifadə eləsin.

Avropada təhsil alan bir tələbənin xərcləri aşağıdakı kimi təsnif edilə bilər

  1. Universitet təhsil haqqı:

    • Şərqi Avropada universitetlər ucuz olur, hardasa 3000 evrodan başlayan təhsil haqqı, bəzi universitetlərdə 30.000 evroya kimi çıxa bilir. Amma 3-5 min evroya kifayət qədər universitet var. Qərbi Avropada isə (İngiltərə, Fransa, Almaniya) təhsil haqları çox yüksəkdir, 6000 evrodan 50.000 evroya kimi olur. Düzdür alman dilini bilənlər üçün Almaniyada pulsuz təhsil imkanları da var, amma orda oxumaq çox çətindir, həqiqətən vunderkind uşaqlar bunun öhdəsindən gələ bilir. 
  2. Yaşayış:

    • Kirayə, su, elektrik ve internet gibi xərclər. Ukrayna müharibəsindən sonra komunal xərclər əməlli artıb. Kirayə və ya yataqxana xərci 120-300 evro arası dəyişir. Kirayəni tək özü ev tutub qalmaq istəsə 800-1200 evro xərci çıxacaq.
  3. Yemək:

    • Bir tələbənin aylıq qidalanma xərci 300-400 evro arasında dəyişir. Bütün günü çöldə yesə, təbii ki bu xərc daha çox olacaq. 
  4. Kitab və dəftərxana xərcləri:

    • Bunlara çox cüzi xərclər çıxır. 
  5. Nəqliyyat:

    • Avropada tələbələrə çox gözəl güzəştlər var. Məsələn, 30-50 evroluq kart alıb, bütün ayı onunla bir-çox nəqliyyat vasitəsi ilə limitsiz gediş-gəliş edə bilirlər.
  6. Sağlıq Sığortası:

    • Bu xərci zatən tələbənin viza məsələlərini həll edərkən məcbur ödəməli oluruq. Amma bu faydalı xərcdir, tələbə qəribçilikdə normal tibbi xidmət əldə edə bilir.
  7. Digər xərclər:

    • Paltar, əyləncə, səyahət, kino, idman, muzey kimi digər xərclər isə sizin övladınız üçün nə qədər büdcə ayıracağınızdan asılıdır. Tələbələr üçün idman salonlarında endirim çoxdur. 30 evroya çox gözəl fitness, cüdo məqşləri mümkündür. Amma bərbər çox bahadır, 30-40 evro. 
    • Bir də ildə bir dəfə gediş-gəliş təyyarə biletini nəzərə almaq lazımdır, bu da çox təəssüf ki, çox çox bahadır. 700-800 manata başa gəlir.

Bütün bunları nəzərə alaraq bunu söyləyə bilərik ki, bir tələbənin Şəqri Avropa universitetlərində təhsil alması üçün illik ortalama 

universitet 3-5 min evro

yaşam 5000 evro

digər xərclər 1000 evro

nəzərə alsaq təqribən 10-12 min evro xərc nəzərdə tutmaq lazımdır. 
Qərbi Avropa universitetlərində tələbə oxutmaq istəyən valideynlər isə illik 20-50 min evro arası xərc nəzərdə tutsunlar. Burdakı fərq əsasən universitet təhsil haqqıdır. Yaşam xərcləri arasında fərq çox deyil. Yenə də qərb  daha bahadır. 

Bir sonrakı məqalədə Amerikada universitet təhsili alan tələbənin illik xərci barədə yazacağıq. Həmçinin Amerikada məktəb oxuyan tələbənin xərcləri barəsində də danışacağıq. 

 

Qaynaq

Comments

Add comment