Proqramlaşdırma ilə bağlı maraqlı statistikalar

Proqramlaşdırma ilə bağlı maraqlı statistikalar

Publish date : 2023/12/19
313 views

Giriş: Şirin demiş, ikt aləmində proqram təminatının inkişafı təməl daşı kimi dayanır. Rəqəmsal əsrdə irəlilədikcə, proqram təminatının inkişafının mənzərəsini anlamaq vacibdir. Bu məqalədə 2024-cü il üçün proqram təminatının inkişaf etdirilməsi üzrə statistikanın maraqlı icmalını təqdim edəcəyik. Son dövrlərdə proqramlaşdırmanı inkişaf etdirən faktorlar çox oldu, Süni İntellekt, Maşın Öyrənmə, remote iş imkanları bu sektoru çox irəli apardı. 

Proqram təminatının inkişafı statistikası 

1) 2024-cü ilin sonuna qədər proqram tərtibatçılarının dünya üzrə sayı 28,7 milyon nəfərə çatacaq. Bu, 4 il ərzində düz 3,2 milyon artım deməkdir.

ABŞ-da demək olar ki, 4,3 milyon proqram tərtibatçısı var.

2) Proqram təminatının hazırlanması layihələrinin 84,7%-i müəssisə proqramlarına (enterprise applications) əsaslanır. Proqram təminatının hazırlanması layihələrinin 53,6%-i biznesin avtomatlaşdırılmasına, 38,50%-i isə elektron ticarətə (e-comemrce) əsaslanır.

3) 2024-cü ilə qədər İT sektorunun, İllik Artım Oranı (CAGR)-na əsaslanaraq pandemiyadan əvvəlki vəziyyətini 5% təxmin edilən ötməsi gözlənilir.

4) Proqram təminatı bazarının 1039 milyon dollara çatacağı gözlənilir.

Bu məlumat 2020-ci ildən 2027-ci ilə qədər 22,54% CAGR statistikasına əsaslanır.

5) Proqram mühəndislərinin təxminən 54%-i evdən işlədikləri zaman daha məhsuldar olduqlarını iddia edirlər. 2024-cü ildə dünya yenidən ofis mədəniyyətinə doğru irəlilədiyi üçün bu, böyük müzakirə mövzusu olacaq.

6) Proqram təminatının hazırlanması layihələrinin qiyməti 3000-150000 ABŞ dolları arasında dəyişir.

7) Müştərilərlə Əlaqələrin İdarə Edilməsi (CRM) sisteminin inkişafı 2023-cü ildə təxminən 100.000 dollara başa gələcək.

8) ABŞ-da proqram tərtibatçılarının məşğulluğu 2029-cu ilə qədər təkcə ABŞ-da 22% artacaq – beləliklə, 2024-cü ilin başlanğıcı ABŞ proqram təminatı tərtibatçıları üçün əla fürsət olardı.

9) Kompleks proqram təminatının inkişafı 1 milyon dollara qədər başa gəlir.

10) JavaScript dünyada ən çox istifadə edilən proqramlaşdırma dilidir və peşəkar tərtibatçıların 65,82%-i bu dildən istifadə edir.

11) Təcrübəli proqram tərtibatçıları üçün orta illik əmək haqqı 107,090 dollardır.

 

Qaynaq

Comments

Add comment