LinkedIn-də, X (twitter), Instagram, Facebook və s. çox vacib bir şey paylaşıram, 1000 nəfər görür, ancaq vur-tut 7-8 nəfər bəyənir. Daha əvvəl bu anormallığa görə hamımız FB, İnsta və ümumiyyətlə sosial şəbəkələrin alqoritmlərini günahlandırsaq da, həqiqət bu deyil. İnformasiya çoxaldıqca, xüsusən o sayta adam gətirmək adına axırıncı metodlara əl atanların ucbatından insanların xəbərlərə, məqalələrə marağımı azaldı, nə oldu onu araşdıraq.
Qoy tək dərdimiz bu olsun.
1% / 10% / 89% qaydası
2013-cü ildə Yeditepe Universitetinin MBA-da rəqəmsal marketinq kommunikasiyası üzrə dərs deməyə başladım.
O zaman mən bu qrafik vasitəsilə rəqəmsal məzmunu / qarşılıqlı əlaqəni / virallığı izah edirdim.
Bu 1% / 10% / 89% qaydasıdır.
Bir sözlə, 1% qaydası.
Cəmiyyətdə və ya icmada bütün istifadəçilərin təxminən 1%-i məzmun istehsal edir, 10%-i bu məzmunla qarşılıqlı əlaqədə olur və 89%-i oxuyur, izləyir, dinləyir, gülür, istifadə edir, faydalanır, lakin heç bir şəkildə qarşılıqlı əlaqədə (interaction) olmur.
Hal-hazırda, bu qaydada ehtimallar bir qədər dəyişə bilər. LinkedIn-də qarşılıqlı əlaqədə (reaksiya) olan insanların nisbəti 1-3% arasındadır.
Bunun bir çox psixoloji və sosioloji səbəbləri var. Yalnız bir şeyi xatırlayın:
Kimsə sizin postunuzu bəyəndikdə, o, mütləq onu bəyənmir.
Bu, daha çox əhatəli məqalələr paylaşıldıqda baş verir.
“Bəyən” düyməsini vuran insanların çoxu məqaləni oxumur.
Bunun əksi də doğrudur:
Paylaşdıqlarınızı oxuyan, baxan, bəhrələnən, amma "bəyən" düyməsini basmayanlar, əslində, çox bəyənib, göstərmək istəməyiblər.
Sosial mediada bəyənilmək ehtiyacını hiss etmək və paylaşdıqlarımızın çox insana çatmasını istəmək təbiidir, lakin bunu şişirtmək xəstəlik əlamətidir.
Faydalı olduğunu düşündüyünüzü bölüşməkdən çəkinməyin.
Nə qədər insanın "bəyən" düyməsini basdığına fikir verməyin.
(Dr. S. Doğanay)
Burda bir qeyd də etmək istərdim, hələ ki, sosial şəbəkələr paylaşımlara başqa reakisya modelləri formalaşdıra bilməyib, məsələn elanı görüb, nömrəyə zəng edən, ofisə yaxınlaşan, oturub ağlayan :)), və sair statistika əllərində olmadığı üçün insanların sizin məqalə və ya paylaşımlara reaksiyası düzgün ölçülə bilməz. Əsas olan bilirsiniz nədir? Səviyyəli məzmun (content) ortaya qoymaqdır, insanları yormayan, qısa, informativ məzmun... Vəssəlam...
Comments
Add comment