Texnoloji icmalara qoşulmaq karyeranıza hansı imkanlar açır?

Texnoloji icmalara qoşulmaq karyeranıza hansı imkanlar açır?

Publish date : 2023/12/14
224 views

Hər zaman dediyim kimi, ən sürətli inkişaf və informasiya axını olan sektor İnformasiya Texnologiyaları sektorudur. Bu trendləri izləmək üçün hər birimizin özünə məxsus yolu var, kimimiz xəbər saytlarına qeyd oluruq, kimi sosial şəbəkələri izləyir, kimisi videokanal və podkastları sevir, bəziləri seminar və konfransları çox dəyərləndirir. Şirin demiş bizim aləmdə son trendləri izləmək, profesionallarla əlaqədə olmaq və yeni iş yerləri barədə məlumatlı olmaq üçün ən yaxşı yollardan biri də texnoloji icma (community) üzvü olmaqdır.

texnoloji icma Community Tech

Texnoloji icma nədir?

Texnoloji icma - texnologiyaya ümumi marağı olan və ən son texnologiya xəbərləri, tendensiyaları və inkişaflarından xəbərdar olmaq üçün ortaq həvəsi olan peşəkarlar qrupudur.

Bu icmalar həm onlayn, həm də oflayn olaraq mövcuddur və onlar şəxsi inkişaf və karyera inkişafında mühüm rol oynayırlar. Texniki icmaya qoşulmaqla siz dəyərli resurslara çıxış əldə edə, mentorluq ala və sənaye ekspertlərindən məsləhət ala bilərsiniz.

Bu yazıda biz texnoloji icmaya qoşulmağın faydalarını və şəxsi inkişaf və karyera inkişafı üçün onlardan maksimum yararlanmaq barədə danışacağıq.

Texnoloji icmaya qoşulmağın faydaları

Texnoloji biliklərə çıxış

Texnoloji icmaya qoşulmaqla siz sektordakı ən son tendensiyalar, inkişaflar və texnologiyalar haqqında zəngin bilik əldə edə bilərsiniz.

Peşəkar çevrə

Bu artıq sirr deyil ki, yaxşı karyera eləməyin uğuru çevrədir, yəni netvörkdür. Texniki icmalar sənayenizdəki digər peşəkarlarla görüşmək üçün əla yerdir və profesional şəbəkənizi (network) qurmaq üçün əla yol ola bilər.

Sahənizdəki digər peşəkarlarla əlaqə quraraq, müxtəlif karyera yolları haqqında dəyərli fikirlər əldə edə, iş imkanları tapa və hətta potensial mentorlar tapa bilərsiniz.

Karyera inkişafı

Texniki icmalar tez-tez sessiyalar (workshop, hacaktron), seminarlar və təlimlər kimi bir sıra karyera imkanları təklif edirlər.

Bu tədbirlər yeni bacarıqlar öyrənmək, peşəkar inkişafınızı təkmilləşdirmək və karyeranızı yüksəltmək üçün əla yol ola bilər.

Mentorluq və rəhbərlik

Bizim çəmiyyət hər şeyi özü öyrənmək istəyində olduğu üçün mentorun faydalarından çox vaxt məhrum qalırıq. İcmaların çoxu mentor dəstəyi təklif edir. Mentorla işləməklə, siz öz sahənizdə təcrübəsi çox olan birindən rəhbərlik, dəstək və məsləhət ala bilərsiniz.

Vizyon və liderlik

Texniki icmaya qoşulmaqla siz öz vizyonunuzu genişlədirsiniz. İcma tədbirlərində iştirak etmək, onlayn müzakirələrə töhfə vermək və digər peşəkarlarla əlaqə saxlamaqla siz özünüzü düşüncə lideri kimi təsdiq edə və şəxsi brendinizi qura bilərsiniz.

Nəticə

Texniki icmaya qoşulmaq karyeranızı inkişaf etdirmək və peşəkar məqsədlərinizə çatmaq üçün güclü bir yol ola bilər. Digər peşəkarlarla əlaqə saxlamaqla, sənayenin inkişafı haqqında məlumatlı qalmaqla və qiymətli resurslardan və imkanlardan istifadə etməklə, böyümənizi və uğurunuzu dəstəkləyəcək güclü çevrə (network) qura bilərsiniz.

Azərbaycanda bir neçə texnologiya icması qurulmuşdu. Sonrakı məqalələrin birini bu birliklərə həsr edəcəm. Amma dünyada populyar olan bir neçə icmanın adını da qeyd edib, məqaləni yekunlaşdıraq.

  1. Google Developers Group
  2. Developer Career

  3. GitHub

  4. NY Tech Alliance
  5. Facebook Developer Circles

  6. Stack Overflow
  7. Devcenter Square

  8. Reddit
  9. ProductTank

 

Qaynaq.

Comments

Add comment