İnfluenser kimdir, nə iş görür, nə qədər qazanır?

İnfluenser kimdir, nə iş görür, nə qədər qazanır?

Publish date : 2023/12/12
259 views

7-8 il bundan əvvəl blogger olmaq dəbdə idi, o zamanlar Avropada normal blogger ayda 50-60 min dollar gəlir əldə edirdi. Qadınların 86%-inin məsləhət almaq üçün sosial mediadan istifadə etdiyini və ya 10 yeniyetmədən 6-sı məşhurlardan daha çox influencerlərin məsləhətlərinə üstünlük verdiyini bilirdinizmi? İnfluencer marketinq sənayesi 21,1 milyard dollar dəyərindədir. Bəs influencerlər kimlərdir, və influencer marketing nədir?

İnfluencer kimdir?

İnfluencer sosial mediada daha böyük və sadiq izləyiciləri olan şəxsdir. Brendlər İnfluencerlərə reklam məzmunu yaratması və yerləşdirməsi üçün ödəniş edirlər.

İnfluencer marketing nədir?

İnfluencerlərin marketinqdə uzun tarixi var. “İnfluencer marketinqi”nin ilk nümunəsi 1760-cı ildə, Wedgwood saxsı qablarını Kraliça Şarlotta üçün çay dəsti hazırlayaraq “Kraliçanın məmulatı” adlandırdığı zaman baş verdi. Marka təsdiq möhürü aldı və bu gün də dəbdəbəli reputasiyaya sahibdir.
 Əvvəlcə şirkətlər televiziya və radio reklamları vasitəsilə məhsullarını satmaq üçün məşhurlar və idmançılar kimi cəlbedici fiqurlardan istifadə edirdilər. Sosial medianın yüksəlişi digər influencer növlərini daha populyar etdi. Bu gün influencerləri aşağıdakı kategoriyalara bölmək olar:
Məşhurlar: Rəssamlar, idmançılar və pop ulduzları.
Sənaye mütəxəssisləri və düşüncə liderləri
Mikro influencerlər: Sosial mediaya təsiri olan şəxslər
Bloggerlər və məzmun yaradıcıları
Influencer marketinqinin əsas hissəsi bu gün sosial mediada baş verir. Mikro influencerlər və bloggerlər, brendlərin özünü tanıtması üçün daha sərfəli seçimdirlər.

Influencerlər sosial medianın dinamik səltənətində, fikir və həyat tərzini formalaşdırmaq hətta trendləri təyin etmək kimi bacarıqlara sahib olmağa başlayırlar. Onlar müasir onlayn mədəniyyətin memarlarına çevriliblər.

Yuxarıda yazılanlar müxtəlif toplumlar üçün ümumi olan statistikadır. Bizdə influenserlər pis qazanmır, normal çəkiliş üçün 300-1500 Azn arası pul tələb edirlər. Çəkiliş bir şey olmasa da, kütlələri olduğu üçün müştəri yönləndirməsi edə bilirlər. Bəziləri öz bizneslərini qurmağa da macal tapıblar. (Çayxana, burger) Belə bir sayt da tapdım: https://influencer.az/

Mən bizim balaların daha ciddi işlərlə məşğul olmalarını təşviq edən müəllim olmuşam hər zaman. Güclü toplumlar istehsal edən toplumlardır. Hər nə qədər influenserlər kontent (məzmun) istehsal elədiklərini iddia eləsələr də mən bunu ciddi istehsal saymıram. Yenə də hərkəsə öz işində uğurlar diləyək ki, paxıllıqda gnühlandırılmayaq ;)

 

Kamran Hasanov

 

Qaynaq

Comments

Add comment