Video oyunlardan ən çox gəlir əldə edən 10 ölkə

Video oyunlardan ən çox gəlir əldə edən 10 ölkə

Publish date : 2023/12/12
237 views

Oyun yazma sektorunun çox böyük bazar payına sahib olduğunu hərkəs bilir. Bu bazar müxtəlif təsnifatlarda 100 milyard dollardan yuxarı hesablanır. Azərbaycan əhalisinin oyunlara xərclədiyi pul isə ildə 80-100 milyon dollara yaxın bir rəqəm imiş. Bəs bu payın ölkələr üzrə bölgüsü necədir? Əslində dünya oyun bazarında 100 böyük iştirakçı var, amma biz burda 2002-ci il üçün ən çox gəlir əldə edən 10 ölkə haqqında statistika təqdim edəcəyik. 

Qeyd: Video oyun deyiləndə bütün kompüter oyunları nəzərdə tutulur. 

Oyun sektorunda ən çox gəlir əldə edən 10 ölkə

 

    Bazar

Qazanc,

 milyard $

Oyunçu sayı,

milyon nəfər

1
United States
United States 46.4 209.8
2
China
China 44.0 699.6
3
Japan
Japan 19.1 73.4
4
South Korea
South Korea 7.4 33.3
5
Germany
Germany 6.5 49.5
6
United Kingdom
United Kingdom 5.5 38.5
7
France
France 4.1 38.8
8
Canada
Canada 3.3 22.0
9
Italy
Italy 3.1 36.1
10
Brazil
Brazil 2.6 102.6

 

Siyahıdan göründüyü kimi ən çox gəlir əldə edən ölkə 47 milyard dollarla Amerika, ən çox oyunçu sayına sahib isə 700 milyon nəfərlə Çindir.

 

Statistikamızın arxasında duran metodologiya

Bu təxminlər ilkin istehlakçı araşdırması, əməliyyat məlumatları, rüblük şirkət hesabatları və siyahıyaalma məlumatlarının birləşməsinə əsaslanır.

Gəlirlər hər bir ölkədə istehlakçı xərclərinə əsaslanır və avadanlıq satışı, vergi, B2B xidmətlər, onlayn qumar və mərc oyunlarından əldə edilən gəlirləri istisna edir. Çox təəssüf ki, orda daha böyük pul kütləsi fırlanır. 

 

Bir sonrakı məqalədə oyun sektorunda çox maraqlı və əyləncəli statistik məlumatlar paylaşacayıq.

Məsələn:

  • Ən çox gəlir əldə edən oyun şirkəti
  • Ən çox oyun şirkəti olan ölkə
  • Ən bahalı video oyunlar
  • Amerikada ən çox oyunçu hansı şəhərdədir və sair...

 

Bu məqalədə isə Süni İntellekt (AI) ilə oyun yazma trendi haqqında danışmışıq və bir maraqlı story də paylaşmışıq. 

 

Qaynaq.

Comments

Add comment