Dünyada ən azı 25 000 universitet var. Ən çox universitet Hindistanda (5mindən çox) olsa da, reytinqinə görə ən yaxşı təhsil müəssisələri Amerika və İngilitərədə yerləşir. Bunlardan ən yaxşılarından bəzilərini aşağıdakı siyahıda görə bilərsiniz:
Dünyanın ən yaxşı 500 universiteti Amerikada yerləşir. Ümumiyyətlə anglo-amerikan universitetləri hər zaman Top list-də olan təhsil ocaqlarıdır. Baxmayaraq ki, Hindistan ən çox ali təhsil ocağına malikdir, ən yaxşılar Avropa, Amerika, Kanada və Koreya kimi ölkələrdə yerləşir.
Çox illik təcrübəmə dayanaraq bunu söyləyə bilərəm ki, bizim insanımız, övladları üçün bütün həyatına yön verəcək bu qərarı verərkən böyük xətalara yol verirlər. Nəticə etibarı ilə şərq toplumuyuq. Bir-çox həyati məsələlərdə hisslərimiz, duyğularımız və hətta instinktimizlə davranırıq. Məsələn, ən çox eşitdiyim birini sizinlə paylaşım: Həm tələbələr, həm valideynlər universitet seçərkən ən çox hansı şəhərdə olmasına diqqət edirlər. Halbuki bu bəlkə də 7-8-ci seçim kriteriyası olmalıdır. Ona görə bu yazını yazıram ki, övlad bizim ən dəyərli varlığımızdır. Onu yetişdirərkən böyük xətalara yol verib, karyerasını və ya daha da təhlükəlisi, xöşbəxtliyini məhv etməyək.
Gəlin əvvəlcə universitet seçərkən insanlar nəyə diqqət edir onları qısaca qeyd edim:
Bundan sonra daha xırda detallar gəlir, məsələn universitet qiyməti, yaşam xərcləri, nəqliyyat xərcləri, iş tapmaq imkanları, seçdiyiniz universitetin yataqxana imkanı, hətta o şəhərə təyyarə resylərinin olub-olmamasına kimi baxa bilərsiniz. Hətta son dövrlərdə Türkiyədə miqrantların çoxalması bəzi valideynlər üçün şübhə və tərəddüdlərə səbəb ola bilir. Amma mən sizə çoox gözəl bir yanaşma barədə danışmaq istərdim. Ümumiyyətlə, övladlarınız üçün bu kriteriya qeyri-adi nəticə verə bilər.
Mən universitet seçməzdim, professor seçərdim!
Bəli, dostlar universitet, şəhər, nə bilim reytinq önəmli faktor olsalar da, bu dediyim kriteriya bütün bu meyarları əzib keçir. Yaxşı professor harda çalışırsa ora elə ən yaxşı təhsil müəssisəsidir. Məsələn, eşitdiniz ki, Türkiyə İzmirdə çox gözəl göz həkimi var, İzmirdə hansısa adı məşhur olmayan universitetdə öyrətim üyəsidir, profdur. Axtarın tapın, əlaqə saxlayın gedin onun yanında təhsil alın. Və yaxud Praqada çox əjdaha bir dənə Süni Zəka innovator professor var, gedin onun dərs dediyi yerdə oxuyun. Lap sizə dərs deməsə də o insanlarla münasibət qurub, karyera eləmək şansınız çoxdur. Xarici ölkələrdə universitet və akademik insanlar ölkənin, biznesin, siyasətin, tibbin əsas aparıcı motordur, söz sahibidirlər. Elə bir çox universitetlərdə tələbələr, professor yardımçısı, araşdırmaçı-laborant kimi işlərdə təcrübə proqramlarına da qoşula bilərlər.
Bir dəfə Bakıda bir seminarda iki Niderlandlı ilə tanış olmuşdum. Bu ortayaşlı, geyimləri, davranışları çox sadə iki insanla biraz söhbət etdikdən sonra bilmişəm ki, hər ikisi NASA-nın kiber təhlükəsizlik həllərini verən universitetin (ya da şirkət ola bilər, xatırlamıram) müəllimidirlər. İndi təsəvvür edin gedib bu insanların yanında təhsil alırsınız və hansısa araşdırma tezisinə və ya layihəsinə qoşulmusunuz. Deməli, 3-5 ildən sonra sizin NASA-da işləmək şansınız daha çoxdur.
Həyat seçimlərdən ibarətdir, amma bəzi seçimlərimiz elə həyatımızın özüdür! Diqqətli olun, çox araşdırın, məsləhətləşin ki, uğura gedən yolunuz da çətin olmasın...
Sonda universitet sıralamaları üçün bir link də yerləşdirirəm: https://www.timeshighereducation.com/world-university-rankings/2023/world-ranking
Comments
Add comment