Süni intellekti necə özümüzünküləşdirək (əhliləşdirək)?

Süni intellekti necə özümüzünküləşdirək (əhliləşdirək)?

Publish date : 2023/12/12
244 views

King Kong (2005-ci il nəşr) filmində King Kong insanların tamaşa etməsi üçün New York-a gətirilir. Zəncirlənmiş King Kong zəncirlərdən xilas olub, şəhəri dağıtmağa başlayır. Burada King Kongu süni intellekt (AI) kimi fikirləşmək olar. Kinq Konq Nyu Yorkda olarkən onunla nə ediləcəyinə dair həqiqətən də uzunmüddətli strategiya yox idi. Fövqəladə planlar yox idi. Bəs, AI üçün strategiya qurmaq bu qədər vacibdirmi? Bəli. Müvəffəqiyyət üçün AI-nin yerinə yetirəcəyi iş ehtiyaclarını və ətraf mühiti başa düşmək çox vacibdir. Günümüzün sürətlə inkişaf edən texnoloji dünyasında süni intellektin (AI) əhəmiyyəti get gedə artır. Gündəlik həyatımızın və qlobal sənayelərimizin müxtəlif aspektlərini formalaşdırır və onlara təsir göstərir. Artıq, Süni intellektin özbaşına qərar qəbul etdiyi, problemləri həll etdiyi, insanlar kimi davranmağa başladığı bir zamandayıq. 

Süni intellektin faydaları nələrdir?

Təkrarlanan tapşırıqları və prosesləri avtomatlaşdırması: Süni intellekt məlumatların toplanması, məlumatların daxil edilməsi, müştəriyə yönəlmiş biznes, e-poçt cavabları, proqram təminatının sınağı, fakturaların yaradılması və sair kimi sahələrdə gündəlik monoton vəzifələrin avtomatlaşdırılmasına imkan verir.

Səhvlərin minimuma endirilməsi: Süni intellekt müntəzəm iş tapşırıqlarını avtomatlaşdıraraq, insan əli ilə edilən səhvlərin olma ehtimalını azaltmağa kömək edir.

Tam iş vaxtı mövcudluğu: Süni intellektə əsaslanan sistemlər 7/24 mövcuddur və istənilən vaxt tələb olunduğu zaman istifadə edilə bilər. İnsanlardan fərqli olaraq, AI əsaslı sistemlər hər zaman məhsuldar ola bilər.

Big data-nı idarə etməsi: Süni intellekt çox az vaxtda böyük verilənləri emal edib, nəticə çıxara bilər.

Kompleks problemlərin həlli: Sadə Machine Learning-dən, qabaqcıl Deep Learning modellərinə qədər süni intellekt texnologiyalarının inkişafı, onu mürəkkəb məsələləri həll etməyə imkan verir. Süni intellekt bütün sahələr üzrə şirkətlərə problemlərini daha adekvat şəkildə həll etmək üçün düzgün həllər tapmağa kömək edir. Mürəkkəb problemlərin həllində daha yüksək səmərəlilik məhsuldarlığın artması və xərclərin azaldılması deməkdir.


Süni intellektlə yerinə yetirilə bilən tapşırıqları 3 qrupa bölə bilərik:

Mətnə əsaslanan AI tapşırıqları:
Uzun Məqalələri ümumiləşdirmək, Peşəkar E-poçtlar yazmaq, Excel Formulaları yaratmaq, CV hazırlamaq, hekayə yazmaq, İstənilən mövzuda söhbət etmək, İş müsahibəsi üçün hazırlaşmaq, Kod yazmaq və ya təkmilləşdirmək, Sosial yazılar və vaxt cədvəli yaratmaq, Plagiat və ya AI Yazılı Mətni aşkar etmək və s.

Şəkil/video əsaslı AI tapşırıqları:
Xüsusi İncəsənət, İllüstrasiya yaratmaq, Loqolar və Brend Aktivləri yaratmaq, Fotoşəkilləri Peşəkar şəkildə redaktə etmək, ölçüsünü dəyişmək, Videolar yaratmaq və redaktə etmək, vebsayt dizayn etmək və s.

Audio əsaslı AI tapşırıqları:
Audiokitab yaratmaq, Həqiqi zamanlı video görüşlərini transkripsiya etmək, İstənilən Veb Səhifə Mətnini Dinlənə bilən Audioya çevirmək, Qeydə alınmış musiqini peşəkar şəkildə redaktə edir,  Podkastları redaktə və dərc etmək, Orijinal Səslər və Musiqilər yaratmaq, və s.
 
Gəlin süni intellekti öz məqsədlərimiz üçün necə istifadə edə biləyimizə baxaq. Bunun üçün iki əsas yol izləyə bilərik:  
1. Öz modelimizi qurmaq
2. Əvvəlcədən hazırlanmış model istifadə etmək

Öz modelimizi başdan qurmaq çox texniki təcrübə tələb edir, data-nı toplamalı, data-nı emal etməli, model arxitekturasını seçməli, modeli öyrətməli və xüsusi ehtiyaclarımız üçün onu dəqiq tənzimləməliyik. Əgər lazımi texniki bacarıqlar və ya resurslar yoxdursa, əvvəlcədən hazırlanmış model istifadə edə bilərik. Misal üçün OpenAI şirkətinin yaratdığı GPT-4, GPT-3.5, GPT-3 mövcud AI modellərini API vasitəsilə istifadə edə bilərik. Həmçinin əvvəlcədən hazırladımığız textləri modelə öyrədərək onu şəxsi maraqlarımız üçün istifadə edə bilərik. Əgər bizə xüsusi tərzdə şəkillər lazımdısa, Stable diffusion kimi açıq mənbə model istifadə edə bilərik. Stable diffusion müxtəlif tərzdə şəkillər yaratmağa, və ya sənin əlindəki şəkli redaktə edə və ya ona bənzər şəkillər yaratmaqda istifadə oluna bilər. Stable diffusion-ı yükləyib, onu öz şəkillərimizlə öyrədə bilərik. Beləliklə bizə lazım olan tərzdə şəkillər, illustrasiyalar yarada bilər.

 

King Kong-un faciəli sonunun qaçılmaz olmasının səbəbi yanlış strategiya idi, King Kong həyəcan axtaran, hazırlıqsız, heyvanın təbiətini dərk etməyən insanların olduğu bir mühitə yerləşdirildi. Mən süni intellekti eyni faciəli sonun gözlədiyinə inanmıram. Süni intellektin potensialını başa düşmək və ondan düşünülmüş şəkildə istifadə etməklə, həyatınızı, biznesinizi və ətrafınızdakı dünyanı yaxşılaşdırmaq üçün onun gücündən istifadə edə bilərsiniz.
 
Kamran Həsənov
 

Comments

Add comment