Yeni başlayan Data Science və AI mühəndisləri üçün praktika eləmək, özünü göstərə bilmək, yarışlara qatılmaq çox faydalıdır. Kaggle bu problemi həll edir. Bu məqalədə Kaggle ilə işə başlamaq üçün ən praktiki addımlar göstərilib.
Kaggle nədir?
Kaggle-Data Science və AI mühəndislərin icmasıdır (community). Əvvəlcə yarış platforması kimi başlasa da, daha sonra bir çox bölmələr əlavə edildi. Nəticədə, Kaggle, sıfırdan mütəxəssis olmaq üçün bir-çox alətlərin mövcud olduğu platformaya çevrildi: ML öyrənmək üçün mini kurslardan tutmuş, araşdırma yarışlarına qədər.
Necə başlamaq olar?
Kaggle-da dərslərə (vəya yarışlara) başlamaq üçün əvvəlcə saytda qeydiyyatdan keçirik. Platforma oyunvari qurulub, siz qeydiyyatdan keçən kimi statusunuz ən aşağıda olaca:
Novice (Yeni).
Siz müəyyən çalışmalar etdikcə statusunuz (səviyyəniz) qalxacaq, olacsaqsınız Contributor (İştırakçı) Bunun üçün siz minimum aşağıdakıları həyata keçirməlisiniz:
- 1 skript vəya notebook icra etməli
- İstənilən yarışda 1 submit etməli
- 1 rəy bildirməli
- 1 upvote edin (like kimi bir şeydir)
Expert
Master
Grandmaster
Kaggle-da nələr var?
Yarışmalar
- Featured -Seçilmiş: Bu müsabiqələr adətən böyük şirkətlər, təşkilatlar və hətta hökumətlər tərəfindən nəşr olunur. Onların pul mükafatları digər kateqoriyalarda təklif olunanlardan qat-qat böyükdür.
- Research-Tədqiqat: Bunlar tədqiqat mövzulu müsabiqələrdir. Mükafat pulu azdır və ya yoxdur.
Başlanğıc: Bunlara heç bir mükafat daxil deyil. Onlar ümumiyyətlə təhsil məqsədləri üçün yaradılan müsabiqələrdir. Bu bölmənin sonunda siz “Başlanğıc” etiketi ilə nümunə müsabiqə tapa bilərsiniz. Siz yalnız nümunəni deyil, həm də digər müvafiq addımlar arasında notebookdan necə istifadə etmək və nəticələrin necə təqdim edilməsi ilə bağlı təlimatı görəcəksiniz.
- Playground-Oyun meydançası: Bunlar müəyyən təcrübə qazanmaq və bacarıqlarını təkmilləşdirməyə davam etmək istəyənlər üçün uyğun yarışlardır. Mükafatlar adətən Kaggle mallarıdır (məsələn, köynəklər və stikerlər). Bu yarışmalar çox vaxt əyləncəli və oyun xarakteri daşıyır.
- InClass: Bunlar adətən universitetlər tərəfindən keçirilən yarışlardır və onların iştirakçıları maşın öyrənən tələbələridir. Onların məqsədi bu tələbələri cəlb etmək və ruhlandırmaqdır.
- Analytics: Bunlar məlumat təhlili yarışmalarıdır.
- Simulations: Bunları Kaggle-də ənənəvi nəzarət edilən maşın öyrənmə problemlərindən fərqləndirən şey gücləndirici öyrənmə tapşırıqları olan yarışların növləridir. Rəqiblər modellər hazırlayır və modellərinin simulyasiya edilmiş mühitdə rəqabət aparmasına icazə verirlər
Datasets
Kaggle-da ən faydalı bölümlərdən biridir. Hər cür verilənlər toplusu tapa bilərsiniz. Özünüz də Dataset düzəldib Kaggle-a yükləyə bilərsiniz. Bu linkdən ən populyar Datasetlərin siyahısına baxa bilərsiniz. Qeyd edək ki, orda Azərbaycanla da bağlı bir çox dataset mövcuddur.
Kodlar
Python və R-də Jupyter Notebook və ya sadə skript yaratmağa imkan verən onlayn redaktor. Siz sadəcə olaraq verilənləri birləşdirib, kitabxanalar quraşdırmadan brauzerdə işləyirsiniz. Göndərilən kod çox müxtəlifdir: yarışlardakı problemlərin EDA (ətraflı təhlil kimi tanınır), proqramlarınızı optimallaşdırmağa kömək edəcək sadə üsullara qədər.
Discussions
Müzakirələr bir-neçə əsas bölməyə ayrılıb:
- General-Kaggle ilə bağlı əsas xə
-
-
-
-
- bərlər, anonslar, yarışlar barədə müzakirələr
- Getting Started-Yuxarıdakının analoqudur, yeni başlayanlar üçündür.
- Product Feedback-Kaggle saytında çıxan problemlərlə bağlı bura müraciət edin.
- Questions&Answers-Digər Data Scientistlərdən dəstək
- Learn-Courses bölümündəki dərslərlə bağlı müzakirələr
Kaggle yarışa necə qatılım?
Sizə uyğun bir yarış tapıb, Join Competition tıqlayın və şərtlərlə razılaşın.
Yarışa həll göndərmək üçün:
- Code bölməsində Yeni Notebook açırıq
- Yarışın verilənlərini ora əlavə edirik Add Data
- Notebook yaddaşa veririk-Save version
- Həllinizə tam əmin olduqdan sonra Submit to Competition basırıq.
Bu addımlardan sonra sizin həlliniz yarış cədvəlində peyda olacaq.
Qaynaq
Comments
Add comment