Necə süni intellekt mühəndisi ola bilərəm?

Necə süni intellekt mühəndisi ola bilərəm?

Publish date : 2024/06/04
231 views

Süni intellekt (Aİ) nədir?

Süni intellekt adından da göründüyü kimi kompüterlərin insan beynini təqlid edərək müxtəlif problemləri həll edən texnologiyadır. Gündəlik həyatta istifadə etdiyimiz Google Assistant, Siri, GPS assistantlar buna misal ola bilər.  Süni intellekt mühəndisliyi Machine Learning və Deep Learning kimi sahələri özündə birləşdirir.

Süni intellekt öyrənmək üçün yol xəritəsi

Sizə süni intellekt üzrə mütəxəssis olmaq üçün lazım olan bütün bacarıqları özündə əks etdirən hərtərəfli AI Developer Yol Xəritəsi təqdim edirəm. Aşağıda verilən kurslara türk dilində və ya türk və azərbaycan dilində altyazı ilə baxa bilərsiniz.

1. Python Proqramlaşdırma Dilini öyrənin

Süni intellekt mühəndisi olmaq üçün öyrənməli olduğunuz ilk şey proqramlaşdırma dillərini öyrənməkdir. Müxtəlif proqramlaşdırma dilləri istifadə oluna bilər və hər bir şirkət sizdən bir və ya bir neçə dildə bacarıqlara sahib olmağınızı tələb edə bilər, lakin python süni intellekt sahəsində ən çox istifadə olunandır.

Python üçün kurs — Link

2. Statistika öyrənin

Maşın öyrənmə modelləri riyaziyyat və statistika üzərində qurulub, ona görə də statistika ən təməl bacarıqlardan biri sayılır. Bura Hyphothesis testing, probability, AB testing və s. daxildir.

Statistika öyrənmək üçün kurs   

Link

 

3. Riyaziyyatı öyrənin – Xətti cəbr və s.

Riyaziyyatı öyrənməsəniz, süni intellekt mühəndisi ola bilməzsiniz. Süni intellekt sizdən riyaziyyatçı olmağınızı tələb etmir. Lakin Xətti Cəbr, Calculus-da əsas anlayışları öyrənmək lazımdır.

Riyaziyyat üçün kurs –  

Link

4. Machine Learning öyrənin

Maşın öyrənməsi- kompüter proqramının öyrənə biləcəyi və insan müdaxiləsi olmadan yeni datanı qəbul edə biləcək sistemdir. Bu proqram kodu datanı müəyyən etmək üçün model və datanın ətrafında proqnozlar yaradır. Siz nəzarət olunan(supervised), nəzarət olunmayan(unsupervised) və reinforcement learning alqoritmlırini öyrənməlisiniz.

Machine learning üçün kurs –

Link

 

5. Dərin Öyrənməni (Deep Learning) öyrənin

Maşın öyrənməsi model yaratmaq üçün bəzi alqoritmlərdən istifadə edir. Dərin öyrənmə məlumatlardan öyrənmək və proqnozlar vermək üçün insan beynini təqlid edən süni neyron şəbəkəsindən istifadə edir. Siz süni neyron şəbəkələrini, transformers,transfer learning və s. bilməlisiniz. Deep Learning üçün kurs – Link

6. MLOps öyrənin

Maşın öyrənmə əməliyyatları (MLOps) maşın öyrənməsinin (ML) iş axınlarını və yerləşdirmələrini avtomatlaşdıran və sadələşdirən proqramlar toplusudur. MLOps, ML proqramının yaradılmasını (Dev) ML sisteminin yerləşdirilməsi və əməliyyatları (Ops) ilə birləşdirən ML sahəsidir. Siz version control, Cİ/CD, Cloud Computing və s. öyrənməlisiniz.

MLOps üçün kurs –

Link

Müəllif : Hüseyn Rüstəmov

İstinadlar:
https://data.edu.az/az/data-bloq/suni/

https://www.coursera.org/

https://www.udemy.com/

https://aws.amazon.com/what-is/mlops/

Comments

Add comment