Gündəlik Həyatınız üçün Faydalı və Maraqlı Saytlar

Gündəlik Həyatınız üçün Faydalı və Maraqlı Saytlar

Publish date : 2024/05/18
228 views

Faydalı saytlar / Maraqlı saytlar / İnternet resursları

 

Rəqəmsal əsr bizim yaşamaq, işləmək və dünya ilə qarşılıqlı münasibətimizi dəyişib. İnternet bizə gündəlik işlərimizi planlamaqdan tutmuş biliklərimizi təkmilləşdirməyə qədər həyatımızı asanlaşdıran və daha məhsuldar edə biləcək zəngin resurslar təklif edir. Bu məqalədə sizə gündəlik həyatınızda  və işlərinizdə  kömək olacaq, həmçinin sizdə xoş təəsürat yarada biləcək müxtəlif vebsaytlar təqdim edirəm.

https://tr.ifixit.com/ -  Hər hansı bir əşyanız  yararsız haldadır və siz onu atmaq istəmirsiniz? Bu sayt sizin üçün korlanmış, xarab olmuş əşya və geyimlərinizi ev şəraitində bərpa etmək üçün müxtəlif  həllər təqdim edir.

https://www.supercook.com/#/desktop - Əgər nahar və ya axşam yeməyi üçün nə bişirəcəyinizi bilmirsinizsə, bu sayt tam sizin üçündür. Evinizdə, mətbəxinizdə olan ərzaq və ingredientlərdən istifadə etməklə hansı yeməkləri hazırlamağın mümkün olduğunu göstərir və müvafiq reseptləri təqdim edir.

https://vocalremover.org/ - Vocalremover güclü süni intellekt alqoritmi ilə musiqini vokaldan ayırır. Bir mp3 faylı yükləyin və alqoritm öz işini görsün! Veb sayt həmçinin tempə və başqa xüsusiyyətlərə təsir etmədən səsin tonunu dəyişməyə imkan verir.

https://www.agegeek.com/ - Bu sayta doğum tarixinizi daxil etsəniz, sayt hansı məhşurun sizin yaşınızda hansı uğurlara imza atdığını göstərəcək. Siz də “ Xalxın uşağının” sizin yaşınızda nələr bacardığını görüb, daha çox motivasiya ola bilərsiniz.

https://www.unscreen.com/ - Bu sayt vasitəsilə videolarınızın arxa fonunu silə, dəyişə, başqa fonlar əlavə edə bilərsiniz.

https://driveandlisten.herokuapp.com/ - Dünyanın hər yerindən şəhərləri gəzərkən yerli radio stansiyalarına qulaq asa bilərsiniz. Sayt sizə seçdiyiniz ölkənin küçələrində yerli radiolarına qulaq asaraq maşın sürmə imkanı verir.

https://www.zamzar.com/ - Bu sayt vasitəsilə növündən asılı olmayaraq, istənilən faylı istənilən formata çevirə bilərsiniz.

https://www.summarize.tech/ - Youtube -də olan uzun videoların linkini bu sayta yerləşdirsəniz, sizə videonun qısa məzmununu yazılı şəkildə izah edir.

https://www.futureme.org/ - Bir neçə il sonrakı özünüzə mesaj göndərmək istərdiniz? Bu sayta daxil olub, mesajı almaq istədiyiniz tarixi, mail adresinizi və yazdığınız mesajı qeyd edirsiniz. Həmin mesaj qeyd etdiyiniz ildə sizin mail adresinizə gələcək.

https://www.synthesia.io/ - İstədiyiniz mətni sayta daxil edirsiniz, sayt onu videoya çevirir. Sanki bir spiker yazdığınız mətni təqdim edir. Sayt 50-dən çox dili dəstəkləyir.

https://neal.fun/life-stats/ - Sayta doğum tarixinizi daxil etdikdə, sizə doğulduğunuz andan indiyə qədər sizin haqqınızda müxtəlif faktlar təqdim edir.

https://mir.az/en/ - Müxtəlif mövzulara aid həm yerli, həm də xarici müəlliflərin kitablarını pulsuz şəkildə öz dilimiz də daxil olmaqla müxtəlif dillərdə oxuya bilərsiniz.

 

Bu məqalədə təqdim olunan saytlar, gündəlik həyatınızı daha maraqlı, səmərəli və əyləncəli etməyə kömək edəcəkdir. İnternet sonsuz imkanlar dünyasıdır və bu saytlarda vaxt keçirdikcə, həm yeni biliklər əldə edə bilər, həm də fərqli təcrübələr yaşaya bilərsiniz. Ümid edirəm ki, bu məqalədəki tövsiyələr sizin üçün faydalı olacaq və internetdən istifadə edərkən daha çox zövq alacaqsınız. Yeni saytlara göz atmağa davam edin, çünki dünya hər zaman kəşf edilməyə dəyər məkanlarla doludur.

 

Müəllif : Rəna İsgəndərova

Comments

Add comment