Cloud Computing (Bulud Hesablama)

Cloud Computing (Bulud Hesablama)

Publish date : 2024/05/16
204 views

Cloud Computing nədir?

Cloud computing və ya bulud hesablama istənilən vaxt istifadə edilə bilən və istifadəçilər arasında paylaşılan kompüter qaynaqları təmin edən kompüterlər və digər qurğular üçün internet əsaslı məlumat xidmətlərdir. Qısaca desək istifadəçilərin internetdən hər hansı bir yerdən əldə edə biləcəyi sistemin ümumi adıdır.

Misal üçün deyə bilərəm ki, istifadəçilər cihazlarına heç bir proqram quraşdırmadan Ms Office sənədlərini redaktə etmək və saxlamaq üçün veb-brauzerlər vasitəsilə Office 365 xidmətindən istifadə edə bilərlər.

Cloud Computing-in hansı faydaları var?

 Bulud Hesablama-nın bir çox faydası var. Onlardan bir neçəsini sizə açıqlayacağam:

· Məxfilik

· Kapital azaltmaqla xərclərə qənaət

· bir işin və ya sistemin böyümək qabiliyyəti

· Anında yeniləmə

· Lisenziya xərclərinə qənaət

Cloud Computing xidmət modelləri

3 növdür:

§ İnfrastruktur xidməti (IaaS)

§ Platforma xidməti (Paas)

§ Proqram xidməti (SaaS)

İnfrastruktur xidməti (IaaS):

Burada bulud təminatçıları serverləri fiziki və ya virtual maşın kimi təqdim edirlər.

Platforma xidməti (Paas):

Burada istifadəçi zəngin bir mühitdən yararlanaraq müəyyən bir platformada (python, java, .net və s.) uyğun tətbiqlərini istifadə edir.

Proqram təminatı xidməti (SaaS):

Bu bulud modelində istifadəçilərə əvvəlcədən təyin edilmiş tətbiqləri birbaşa veb brauzerdən istifadə etmək imkanı verilir.

Cloud növləri

3 növü var:

Ø Public

Ø Private

Ø Hybrid

Public Cloud (İctimai Bulud): Tətbiqetmələrdə, xidmət təminatçıları tərəfindən istifadəçilərə saxlama və digər mənbələrə giriş təmin edilir. Bu xidmətlər pulsuz və ya istifadəsinə görə ödənişli olur. Bunlara Microsoft və Google kimi şirkətləri misal göstərə bilərik.

Private Cloud (Şəxsi Bulud): Şəxsi Bulud daha böyük şirkətlər və məlumatları daha vacib olan şirkətlər tərəfindən seçilən bulud texnologiyasının bir növüdür. Nümunə olaraq, Microsoft tərəfindən təklif olunan Hyper - V və Sistem Mərkəzinin məhsullarını göstərə bilərik. Şəxsi Bulud şəxsən qurduğumuz bir quruluş olduğundan bütün məlumatlar bizim ixtiyarımızdadır. Məsələn, dövlət qurumları hesablama ehtiyaclarını paylaşılan buluddan istifadə edərək təmin edilə bilər. Və ya beynəlxalq bir şirkət dünyanın bütün ölkələrindəki filiallarının hesablama ehtiyaclarını bir bulud vasitəsilə təmin edə bilər.

Hybrid Cloud (Hibrid Bulud): Hybrid Cloud Public Cloud (İctimai Bulud) və Private Cloud (Şəxsi Bulud)-ların birləşməsindən yaranan quruluşdur. Xüsusi Bulud texnologiyası təhlükəsizlik və məxfiliyin daha vacib olduğu və tədbirin yüksək səviyyədə aparılmasının lazım olduğu yerlərdə istifadə olunur, lakin yuxarıda göstərilən təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə saxlanıla biləcəyi yerlərdə İctimai Buluddan istifadə daha məntiqlidir.

 

Mənbə:

https://elnurhuseynov01.wixsite.com/texnoblog/post/cloud-computing-nedir

 

Müəllif: Subhan Mehdiyev

Əlavə keçid

Comments

Add comment