Rəqəmsal dünyada yeni fəza: Metaverse

Rəqəmsal dünyada yeni fəza: Metaverse

Publish date : 2023/12/12
190 views


Neal Stephenson'ın 1992-ci ildə yazdığı "Snow Crash" adlı elmi fantastika romanında populyarlaşan "metaverse" kəlməsi, fiziki və virtual reallığın birgə qovuşması ilə yaranan virtual məkanı ifadə edir. Son illər texnologiya dünyasında baş verən yeniliklər, metaverse mövzusunu daha da maraqlı və aktual hala gətirib.Texnologiya inkişaf etdikcə, fiziki və virtual reallıq arasındakı kəskin sərhədlər pozulacaqtəhsil, əyləncə,biznes,əməkdaşlıq üçün yeni imkanlar təklif edəcəkdir. Bu məqalədə, metaverse, onun komponentləri, tətbiq sahələri və bu inkişaf edən rəqəmsal dünyanın cəmiyyətimizə təsiri ilə bağlı suallar müzakirə olunacaq.

Metaverse'in Strukturu:

 Əksər virtual reallıq təcrübələrindən fərqli olaraq, metaverse izolyasiya olunmuş təcrübələrdən çox daha iri və davamlı bir təcrübə əsaslanır. Bu geniş virtual dünya, artırılmış reallıq (AR), virtual reallıq (VR), süni intellekt (AI), blokçeyn və Əşyaların İnterneti (IoT) kimi texnologiyaların bir biri ilə birləşməsi ilə mümkündür.

Metaverse'in Komponentləri:

 

Virtual Dünyalar: Metaverse müxtəlif virtual dünyalardan ibarətdir, hər birinin özünəməxsus qaydaları, fizika qanunları və ictimai strukturları var. İstifadəçilər bu virtual məkanlarda özlərini avatar vasitəsilə təmsil edə və bu avatarlardan istifadə edərək bir-biri ilə kommunikasiya qura, əməkdaşlıq edə və virtual məkanın içində bir cəmiyyət yarada bilərlər.


 

Blokçeyn Texnologiyası: Blokçeyn, metaverse'də təhlükəsiz və şəffaf əməliyyatları, rəqəmsal varlıqların sahibliyini və müstəqil idarəetməni təmin etmək üçün əhəmiyyətli bir rol oynayır və istifadəçilərə metaverse'ə məxsus rəqəmsal varlıqların sahibi olmağa imkan verir.

 Metaverse, öz iqtisadiyyatına sahibdir, istifadəçilər rəqəmsal varlıqları almaq, satmaq və onlarla ticarət etmək imkanına malikdirlər. Kripto-valyutalar tərəfindən gücləndirilmiş virtual mallar və xidmətlər, metaverse iqtisadiyyatının vacib hissələri olur.

 

Metaverse'in Tətbiqləri:

 

Oyunlar: Metaverse daha əyləncəli, sosial və interaktiv oyun təcrübəsi təklif edir və  oyun sahəsində yeni və fərqli inkişafa nail olmağa çalışır. Bu oyunlar, ictimai əlaqələrin və təcrübələrin daha böyük bir rəqabət və interaktivlik səviyyəsinə çatmağa nail olur.

 

Təhsil: Metaverse, müstəqil və interaktiv təhsil təcrübələri təmin edərək təhsil sahəsində inqilab etmə potensialına malikdir. Virtual siniflər, simulasiyalar və əməkdaşlıq mühitləri təhsil sahəsində təcrübəni təkmilləşdirə bilər.

 

Biznes və İş: Məsafədən iş və virtual əməkdaşlıq, metaverse'in bir hissəsi olmağa başlayır. Şirkətlər görüşlər, konfranslar və birgə layihələr üçün virtual mühitlərdə həllər axtarmağa nail olmağa çalışırlar.

Cəmiyyəti Təsirləri:

Metaverse inkişaf etdikcə, etik və hüquqi suallar ortaya çıxır. Gizlilik, rəqəmsal kimlik və real dünyadakı əlaqələr üzrə təsirin müzakirə olunması vacibdir. Həm də əlçatanlığın təmin edilməsi və rəqəmsal boşluğun qarşısının alınması, müstəqil, qlobal bir cəmiyyətin fayda gördüyü bir metaverse yaratmaq üçün əhəmiyyətlidir.

 

Aida Məmmədli

 

Qaynaq

 

Comments

Add comment