Motivasiya məktubu nədir və necə yazılmalıdır?

Motivasiya məktubu nədir və necə yazılmalıdır?

Publish date : 2024/05/15
227 views

Motivasiya məktubu nədir?

Xaricdə təhsil almaq və ya Erasmus kimi layihələrə müraciət etmək istəyirsinizsə, bir çox universitet və proqramlar sizdən motivasiya məktubu tələb edə bilər. Bu məktub adətən niyə başqa ölkədə təhsil almaq istədiyinizi və bu prosesdəki məqsədinizi izah edən bir səhifəlik məktubdur. Motivasiya məktubunuz müraciət etdiyiniz xaricdəki universitetin qiymətləndirmə komitəsi tərəfindən nəzərdən keçirilir və sizi digər namizədlərdən fərqləndirən istək, ardıcıllıq və səriştələrinizə diqqət edilərək qiymətləndirilir.

Avropa Könüllülük  layihələri üçün yaxşı CV və motivasiya məktubu necə yazılmalıdır?

Avropa Könüllülük Xidmətinə müraciət edərkən sizə yalnız iki sənəd lazımdır: CV və Motivasiya Məktubu . Bu tələb təşkilatın daxili qaydalarında əsas dəyişiklik göstərə bilər və sizdən bunlardan əlavə özünüzü təqdim etdiyiniz video və yaxud təhsil aldığınız müəssisədən hər hansı bir sənəd tələb edilə bilər.Hər iki sənəd çox vacibdir və düzgün hazırlanmalıdır.

CV hazırlayarkən öz təcrübələrinizi və biliklərinizi doğru şəkildə qeyd etməyiniz vacibdir . Əgər layihə təşkilatçılarına maraqlı gələcəyini düşündüyünüz bacarıqlarınız varsa, onları mütləq şəkildə CV- nizə qeyd edin. Təhsil üçün nəzərdə tutulan proqramlarda sizdən CV və Motivasiya məktubunuzun maksiumum şəkildə akademik olması istənilir. Lakin müraciət etdiyiniz layihə “training course”, “exchange program” tipli könüllülük işləri ilə bağlıdırsa, sənədlərinizdə formallıq əvəzinə yaradıcı tərəfinizi ortaya qoyacaq xüsusiyyətlərinizdən bəhs etməlisiniz.

 

Motivasiya məktubunun yazılma mərhələləri

Sahib olduğunuz bütün bacarıqları motivasiya məktubuna dolduraraq nəticə gözləmək doğru olmaz. Bu səbəbdən müraciət edəcəyiniz layihəni dərindən araşdırmaq lazımdır. Layihənin sizdən gözləntiləri nələrdir, hansı bacarıqlara sahib tələbə və yaxud könüllü axtarırlar , layihənin şərtləri sizin prioritetlərinizə hansı səviyyədə uyğundur və s. kimi suallara cavabınızı dəqiq bilmirsinizsə, bunu öyrənmədən motivasiya məktubu yazmağa başlamayın.

Əgər məktubunuzun strukturlu olmağını istəyirsinizsə, onu üç hissəyə ( giriş, əsas və sonluq) bölməlisiniz. Bu struktur fikirlərinizin daha aydın yazılmasına və oxunmasına ciddi dərəcədə təsir göstərəcək.

 

Motivasiya məktubunuz niyə bu qədər önəmlidir?

Motivasiya məktubu müraciət və qəbul prosesinizdə çox mühüm rol oynayır. Ola bilər ki, sizi önə çıxaran çox sayda qabiliyyətləriniz və bilikləriniz olsun. Əgər siz bu bacarıqları layihə ilə əlaqələndirib düzgün şəkildə təqdim edə bilmirsinizsə, bunun heç bir önəmi yoxdur. Nəzərdə saxlayın ki, motivasiya məktubunuzu oxuyan şəxs sizin haqqınızda heç nə bilmir. Onun sizin haqqınızda yaranacaq ilk təəssüratı elə bu motivasiya məktubunda gizlənir.

Nümunə 

Müəllif: Dilbər Mədətli 

Əlavə keçid 

Comments

Add comment