Gündəlik kiber təhlükələr və risklər.Özümüzü necə qoruya bilərik?

Gündəlik kiber təhlükələr və risklər.Özümüzü necə qoruya bilərik?

Publish date : 2024/05/10
241 views

Yəqin diqqət yetirmisiniz ki, cəmi bir neçə il ərzində kibertəhlükəsizlik faktiki olaraq hər bir təşkilatın və fərdi şəxlərin üzləşdiyi problemlərdən birinə çevrilib.Bu məqalədə mən təşkilatların yox fərdi şəxslərin gündəlik həyatda üzləşə biləcəyi kiber hücumlardan və özünü bunlardan qoruma üsullarından danışacam.

Kibertəhlükəsizlik nədir ?

Əvvəlcə qısa olaraq kibertəhlükəsizliyin nələri əhatə etdiyindən danışacam. kibertəhlükəsizlik; Mobil cihazların, serverlərin, kompüterlərin, elektron sistemlərin, şəbəkələrin və məlumatların zərərli hücumlardan qorunmasıdır. Smart telefonlar, televizorlar və əşyaların internetini (IoT) təmin edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması da bu sahənin əhəmiyyətini artırır.

Kiber hücum növləri

İndi isə gündəlik həyatımızda qarşılaşa biləcəyimiz hücümlar haqqında yazacam.

 

Fişinq hücumları(Phishing attacks): Fişinq hücumları, qarşı tərəfin tamamilə aldatmasına əsaslanan bir üsul olaraq qarşılaşır. Fişinq hücumların əsas məqsədi qarşı tərəfin şəxsi parollarıni və hesablarını ələ keçirməkdir.Bundan başqa fişinq hücum nəticəsində siz kompüterinizə və ya telofonunuza müxtəlif viruslar yoluxdura bilərsiz.Bəs bu hücumlar necə baş verir ? Bunun ən məhşur yolu  saxta e-poçtlarlardan istifadə etməkdir.Beləki,kiber hücumcu taninan bir şirkətdən e-poçt da gəlmiş kimi e-poçtu bəzəyir və əsas məqsədi qarşı tərəfə virus faylı yüklətmək və ya saxta bir sayta yönləndirmək olur.Əgər hücum olunan şəxs bu tələyə düşsə onun bütun məlumatları hətda virus faylını yüklədiyi təqdirdə bütun kompüterindəki faylar kiber hücumçunun əlinə keçə bilər.

Fidyə zərərvericiləri(Ransomware malware): Fidyə proqramı adlanan bu tip hücumlar internet istifadçilərinə və ya şirkətlərə qarşı həyata keçirilir. Burada məqsəd hədəf sistemin məlumatlarını ələ keçirmək və ya şifrələyərək oxunmaz hala gətirməkdir. Hədəflərinə çatan kiber təcavüzkarlar hücum etdikləri zərər görən ilə əlaqə qurur və oxunmayan göstərdikləri məlumatların kilidini açmaq üçün pul tələb edirlər.Adətən saxta e-poçtla istifadəçilərə göndərilən bu tip hücumda, istifadəçiyə virus faylı yüklətməyə çalışılır və nəticədə hədəf sitemdəki bütün faylar şifrəyə düşür.

Kredit Kartı Fırıldaqlığı: Kiber cinayətkarlar qurbanlara müxtəlif kampaniyalar, sövdələşmələr və endirimlər olan saxta sifariş səhifələri ilə hücum edə bilərlər. Bundan başqa onlar zənglərdəndə istifdə etməklə qarşı tərəfin kredit kartların nömrələrini və şifrlərini oğurlamağa çalışırlar.Bu hücum növu digərləri ilə müqayisədə daha asan edilə bilər çünki kiber hücumçu əlavə kompüter biliyinə ehtiyaç duymur

 

Kiber hücumlarından qorunma yolları

Bəs bu hücumlardan necə qorunmaq olar ? Ən asan və efektiv qorunma yolu bilmədiyimiz şəxslərdən gələn e-poçtlara,saytlara və linklərə qarşı diqqətli olmaqdır.Bundan başqa kompüterinizdə və ya mobil telfonuzda olan güncələmələri vaxtı-vaxtında etməkdə məsləhət olunur,beləki bu güncələmələr çox zaman sistem boşluqlarını bağlamaq məqsədi ilə gəlir və bu kiber təhlükəlürin qarşısını alır.Son olaraq artıq bir çox antiviruslarda bank şifrələrinin qorunmasından təhlükəsizlik divarına qədər (Firewall) bir çox funksiyalar var. Bu səbəbdən komputerinizdə hətta mobil telefonuzda təhlükəsizliyi təmin etmək üçün ilk növbədə antiviruslardan istifadə etməlisiniz.

 

 

İstinadlar:

Kibertəhlükəsizlik — Vikipediya (wikipedia.org)

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (scis.gov.az)

Kibertəhlükəsizlik nədir ? | Texno Blog

Müəllif: Fərid Qurbanov

Comments

Add comment