Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP)

Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP)

Publish date : 2024/04/10
168 views

Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) Azərbaycandan olan aztəminatlı (məhdud imkanlı) və təhsilə çıxışı məhdud olan qadınların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb. ŞQTP həyatını təhsilə həsr etmiş, məşhur pedaqoq və təbələrin dostu olan Şəhla Qarayevanın (1962-2018) adını daşıyır. ŞQTP haqqında daha ətraflı məlumat üçün bizim vebsaytımıza daxil olun: www.sgsp.info/az/

ŞQTP-na müraciət üçün uyğunluq tələbləri aşağıdakılardır:

1) azərbaycanlı və ya Azərbaycan vətəndaşı olmaq;
2) məhdud imkanlı və ya aztəminatlı ailədən olan qadın olmaq (məs., Qarabağ müharibəsindən zərər çəkmiş ailələr, az gəlirli ailələr, tək-valideynli ailələr, ucqar ərazilərin sakinləri, sağlamlıq imkanları məhdud olan və s.);
3) Azərbaycanda hər hansı bir təhsil müəssisəsində abituriyent və ya tələbə olmaq; ali təhsil və ya orta ixtisas təhsili səviyyəsində xərclərin qarşılanması üçün ehtiyacın olması.

Qeyd: Hal-hazırda yuxarı sinifdə oxuyan abituriyent şagirdlər də təqaüd proqramına müraciət edə bilərlər.

Seçim prosesi:
ŞQTP təqaüdçüləri Layihə Qrupunun da daxil olduğu və ianə kampaniyası nəticəsində yaradılmış komitə tərəfindən seçiləcək.  Ərizələr həm ehtiyac, həm də göstərilən motivasiya (təhsil məqsədləri, gələcək karyera planları) baxımından qiymətləndirilir.
Seçim prosesi üç mərhələlidir:
1) Ərizə formalarının qəbulu və ərizələrə ilkin baxış;
2) İanəçilər tərəfindən ərizələrin qiymətləndirilməsi;
3) Üz-üzə və ya telefon müsahibələri.

Seçimlərdən sonra təyin olunan $800 məbləğində təqaüd qalib təqaüdçünün təhsil xərclərinin qarşılanması (birbaşa təhsil müəssisəsinə ödənilərək) istiqamətində istifadə olunacaq. Son müraciət tarixi: 9 İyun, 2024

Müraciət üçün kliklə

Comments

Add comment