TayqaTech - Technical support intern

TayqaTech - Technical support intern

Publish date : 2024/04/10
236 views

"Texniki Dəstək üzrə Təcrübəçi" vəzifəsi üçün aşağıdakı bacarıqlara sahib gənc təcrübəçilər axtarırıq. Təcrübə proqramını uğurla başa vuran namizədlərə iş təklifi ediləcək.

Maraqlananlar CV formalarını info@tayqatech.com e-poçt adresinə "Technical Support Intern" başlığı ilə göndərə bilərlər.

Görüləcək işlər:

- Müştərilərin sorğularının qəbul olumması, yerinə yetirilməsi və tamamlanması.

- Davam etməkdə olan layihələrdə dəstək və texniki tapşırıqların icrası.

- Canlı və test mühitlərində texniki problemlərin araşdırılması, diaqnozu və aradan qaldırılması.

- Müştərilərə vaxtında və dolğun şəkildə məlumatın bildirilməsi.

- Sorğuların icrası zamanı, müəyyən olunmuş Xidmət Səviyyəsi Razılaşmalarına (Service Level Agreements) əməl oluması.

- Test planlarının yazılması, icraatı, biznes tələblərinə və texniki tapşırığa uyğunluğunu yoxlamaq.

Tələb olunur:

- Orta səviyyə (intermediate) İngilis dili bacarığı.

- İnformasiya və biznes idareetmə sistemləri haqda tanışlıq.

- Texniki sahə üzrə bakalavr dərəcəsi və ya hazırda bu sahə üzrə təhsil almaq.

- SQL biliyi (junior-intermediate).

- Müştərilərdə problemlərin araşdırılması zamanı analitik və həllə yönəli düşünmə bacarığı.

- Araşdırılan problemlərə müvafiq çevik həll təklif etmək və sürətli düşünmə bacarığı.

- Həm şirkət səviyyəsində həm də fərdi şəkildə yüksək səviyyəli yazılı və şifahi ünsiyyət.

- Komandada işləməyi bacarmaq, həvəsli və enerjili.

Üstünlük veriləcək:

- ERP və BİS sistemləri ilə təcrübəsi olanlara

- Test avtomatlaşdırması və əl ilə testlərdə təcrübəsi və ya biliyi olanlara

- Ümumən proqramlaşdırma və tətbiqlərin işləyişini başa düşən və ya təcrübəsi olanlara

 

Qaynaq

Comments

Add comment