Azərbaycan Respublikasının Mərkəzi Bankı - “Maliyyəçisən” təcrübə proqramı

Azərbaycan Respublikasının Mərkəzi Bankı - “Maliyyəçisən” təcrübə proqramı

Publish date : 2024/04/02
201 views

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən “Maliyyəçisən” təcrübə proqramı ölkənin yüksək potensiallı gənclərinə biliklərini təkmilləşdirmək və praktiki təcrübələrini artırmaq imkanı təqdim edir.

Mərkəzi bankçılıq sistemi üzrə əvəzsiz təcrübə qazandıracaq bu proqram gənclərə uğurlu karyera yolunda inamla irəliləməyə təkan verəcək. İştirakçılar təcrübə müddəti ərzində seçilən istiqamətlər üzrə təyin olunan mentorların dəstəyi ilə ən mühüm bacarıqlara yiyələnəcək, müxtəlif bankdaxili təlimlərə qatılacaqlar.

Proqramı uğurla bitirən təcrübəçilərə Mərkəzi Bank tərəfindən sertifikat və tövsiyə məktubu təqdim olunacaq.

 

Proqram ilə bağlı digər detallar:

Proqramın müddəti - 2 ay (iyul və avqust ayları)

İştirak- həftənin 5 günü

Ödəniş - gündəlik yol və qidalanma xərclərini qarşılaya biləcək məbləğdə təqaüd

 

Təcrübəçilərin seçim mərhələsi

Müraciətlərin qəbulu və nəzərdən keçirilməsi
Test mərhələsi
Qrup müsahibəsi
Panel müsahibəsi
 

2024-cü il üzrə təcrübə proqramının əhatə etdiyi istiqamətlər

Tədqiqatlar departamenti

Statistika departamenti

Pul siyasəti departamenti

Maliyyə sabitliyi departamenti

Maliyyə sektorunun dayanıqlı inkişafı departamenti

Bazar davranışlarına nəzarət departamenti

Rezolyusiya departamenti

Sığorta fəaliyyətinin tənzimlənməsi departamenti

Kapital bazarı fəaliyyətinə nəzarət departamenti

Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti

Valyuta ehtiyatlarının idarə edilməsi departamenti

Nağd pul departamenti

İstehlakçılarla iş departamenti

Risklərin idarə edilməsi departamenti

İnzibati işlər departamenti

Satınalmalar departamenti

Strategiya və layihə idarəetməsi departamenti

İnsan resursları departamenti

Maliyyə bazarlarının hüquqi təminatı departamenti

Hüquqi və təşkilati işlər departamenti

Proqrama müraciət ilə bağlı məlumat

Kimlər müraciət edə bilər?

Təcrübə proqramına bakalavr pilləsinin 2-ci, 3-cü və 4-cü (və ya sonuncu) kurs tələbələri, magistratura pilləsində təhsil alan tələbələr və son iki ilin bakalavr və magistr məzunları müraciət edə bilər.

 

Müraciət üçün son tarix hansıdır?

Maliyyəçisən təcrübə proqramına müraciət üçün son tarix 22 aprel 2024-cü ildir.

 

Necə müraciət etmək olar?

Müraciətlərin qəbulu yalnız aşağıda qeyd olunan keçid vasitəsilə mümkündür:

Müraciət forması: https://forms.office.com/pages/responsepage.aspx?id=WTyt6rJDOkCYgwALmoj6zGVO_gBaPppJk3CBqkcIgtxUNlgyNkpTTDBFWVRGR0NFMjNEQTRITk1NNS4u&web=1&wdLOR=cA54EA12A-829F-4423-95E1-A1CB21D83C20

Comments

Add comment