Ödənişsiz Backend Engineering təlimi

Ödənişsiz Backend Engineering təlimi

Publish date : 2024/03/24
275 views

Salam, həm Azərbaycan İT cəmiyyətinə həm də yeni başlayanlara yardım etmək məqsədilə, 5-6 yer limitli, ödənişsiz Backend Engineering təlimi verməyi planlaşdırıram. Tamamilə ödənişsiz olan bu təlimə, yeni məzunlar, bu sahəyə başlamaq istəyən və ya ödənişsiz təlimə ehtiyacı olan hər kəs dəvətlidir. Bu, mənim ilk müəllimlik təcrübəm olsa da, illər ərzində qazandığım təcrübəni cəmiyyətə məmnuniyyətlə qaytarmağa hazıram və əlimdən gələni edəcəyəm.

İştirakçı seçimi 1 ay - Aprel ayının sonunadək aparılacaq. İştirakçılar qısa müsahibə əsasında seçiləcək.
Təlim online şəkildə (Zoom vəya Google Meet) həftədə 3 dəfə, 1.5 saat olaraq planlaşdırılıb (Dərs sayı dəqiq deyil).

Təlim boyunca və təlimdən sonrada iştirakçılara karyeraları üçün dəstək göstərməyə çalışacağam.

Silabus tam hazır deyil, amma draft versiya belədir:
- Java Fundamentals və Java Advanced - 2-3 ay
- Backend və Spring Boot Fundamentals - 1 ay
- Effective Spring Boot development - 2 ay
Əlavə olaraq
- Frontend (JS) əsasları və Vue 3 ilə mini layihələrin qurulması.
- Deep Dive Backend development (Docker, CI/CD, Application deployment, Best practices, və s.)
Hər modul üçün layihələr və ev tapşırıqları.
Kursun sonunda komanda ilə real tətbiqin yaradılması.

Ola bilər ki:
İştirakçıların və tədrisin sürətindən asılı olaraq Mikroservislərin Əsasları da daxil edə bilərik.

Təlim müddətini maksimum 6-7 ay kimi nəzərdə tuturam. Təlim pulsuz olsa da, həqiqətən ehtiyacı və marağı olan insanlara çatmasını istəyirəm. Və ödənişsiz olduğuna görə, təlimə qarşı məsuliyyətsizlik edilməsini istəmirəm.

İştirak etmək istəyənlər LinkedIn (Ilkin Mehdiyev) vəya "mehdiyevilkin01@gmail.com" email adresi üzərindən əlaqə saxlaya bilərlər. (Zəhmət olmasa CV də əlavə edin).

Comments

Add comment