2024-cü il üçün UI/UX dizayn trendləri

2024-cü il üçün UI/UX dizayn trendləri

Publish date : 2023/12/12
287 views

User Experience Design (UXD) - və ya İstifadəçi təcrübəsinin dizaynı - son dövrlərdə çox inkişaf edən və hər bir sahədə istifadə olunan bir alətdir. Gözümüzlə gördüyümüz və qulağımızla eşitdiyimiz hər şey insanlara daha keyfiyyətli xidmət göstərmək üçün ərsəyə gəlib. Ketçupun qablaşdırılmasından bu məqaləni oxuduğunuz vebsayta qədər hər şey, bunlara həm fiziki həm də dijital dünyadaki nümunələr daxildir.

2024 - cü ilin üstünlük təşkil edəcək UX Dizayn trendləri:

 
1. AI ilə inteqrasiya
Bir veb və ya mobil applikasiyanın dizaynını yığmazdan əvvəl daha üstün təcürbə təmin etmək üçün üzərində vaxt və əmək sərf edilməsi lazım olan bəzi mərhələlər var. Məsələn, research (araşdırma), user journey map (istfadəçinin yol xəritəsi) və s. kimi önəmli mərhələlər bəzən qırağa atılır və sonda görünüşü nə qədər gözəl olsa da istifadəyə yararsız dizayn əmələ gəlir. Bu mövzuda AI (süni zəka) düzgün istifadə olunduğu təqdirdə bizə köməkçi ola bilər. Brainstorming, arxitekturanın qurulması, funksionallıqlar və digər mərhələlərdə hər işin öhdəsindən gəlir.
 
2. Cross-Platform UX  
Hazırda mövcud olmağına baxmayaraq cross-platform dizaynlar 2024-cü ildə daha üstün səviyyəyə gələcək. Buna nümunələr olaraq, Youtube - un desktopdan fərqli olaraq mobil üçün
nəzərdə tutulmuş və Tiktok - a bənzər shorts bölməsini göstərə bilərik. İstifadəçilərə ekran ölçüsündən və cihaz növündən asılı olaraq fərqli dizaynlar təqdim etmək onların applikasiyada daha uzun müddətli və daha əyləncəli vaxt keçirməsinə səbəb olur.
 
3. Animasiyalı ikonlar
Alışıq olmadğımız mövzulardan biri də animasiyalı interfeys dizaynlarıdır. Zaman keçdikcə animasiyalı veb səhifələr, düymələr və ikonlar trend halına gəlir. iOS 17 sisteminə animasiyalar
əlavə edərək trende ilk qoşulanlardan oldu.
 
4. 3D elementlər
Virtual Reallıq üçün bir applikasiya dizayn edirsiniz? 3D elementlərdən istifadə edərək dizaynınızı daha da təkmilləşdirin. Amma bu o demək deyil ki, siz bunu sadəcə VR üçün istifadə
edə bilərsiz. Fərqli konsept yaratmaq üçün 3D format sizə dəstək olacaqdır. Onlar dizaynerlərə istifadəçinin diqqətini çəkməyə və istifadəçiləri özünə cəlb edən dərinlik və realizm əlavə etməyə kömək edir.
 
5. Tipoqrafiyanın önəmi
Bir dizayn nə qədər gözəl olsa belə yazının font, ölçü, qalınlıq və s. kimi xüsusiyyətlərə fikir vermədikdə istifadəçi təcrübəsi bərbad olacaq. Tipoqrafiyada ən son trendi ümumiləşdirsək: iri, qalın və başlıq hərflər ortaya çıxar. İstifadəçilərin diqqətini cəlb etmək istəyən UI dizaynerləri üçün bu əla strategiyadır. Hətta qlobal veb trendlər veb-saytı, Awwwards, ana səhifə H1 və başlıq işarəsi üçün böyük hərflərlə qalın tipoqrafiyadan istifadə edir.
 
Ali Naghiyev
 

Comments

Add comment