YouTube vəya TikTok kimi məşhur videobloqlarda pul qazanan insanlar haqqında eşitmisiniz yəqin ki. Bu işlərdə əsas məsələ dəyərli kontent (məzmun, video, məqalə) hazırlamaqdır. Son vaxtlar Youtube müəllif hüquqlarına ciddi nəzarət edir, yeni çəkiliş eləmək isə xərc və vaxt tələb edir. Ona görə Süni İntellekt ilə video generasiya eləmək dəbə minib. Müxtəlif şəkil və video generasiya edən AI motorlar çoxalıb. Mövzumuz bu deyil.
Bu dərsdə Asp.net platformasında iki əsas element öyrənəcəyik.
Bunun üçün üç addım atacağıq:
Sağ küncdəki menyudan İmage&Video API seçib öz API açarınızı əldə edin.
Əgər problem yaranarsa mənim API istifadə edin, amma müvəqqəti.
API key: 46smrDbp3aRTgnUyMfX2uP5KK2qLrL24luH4QBqnHdh9fuDbySILZj7T
Create New Project-->ASP>NET Core Web API seçib, layihənizə bir ad verin Next düyməsinə tıqlayın. Normalda sizin qarşınıza şablon layihə gəlir.
Biz pexel API işləmək üçün yeni Controller əlavə edəcəyik. Solution Explorer-də Controllerin üzərində sağ düyməyə basıb, yeni Controller Add edin.
Common-->API-->MVC Controller Empty seçin. Adını VideosController qoya bilərsiniz.
Asp.net layihəmizdə API ilə inteqrasiyanı düzəldə bilmək üçün lazımi paketləri qurmalıyıq. Bunun üçün Visual Studio menyudan
Tools-->Nuget Package Manager-->Manage NuGet pa... seçirik.
Açılan pəncərədən pexel axtarıb, PexelsDotNetSDK paketini yükləyin, qurun.
Əslində hərşeyi düz etmisinizsə projemiz hazırdır. Kodda öz API açarı istifadə edin. Kodu run edib nəticəyə baxın.
Prompt hissəyə nə haqda video istəyirsiniz qeyd edin, məsələn Animal. Nəticə link siyahısı şəklində çıxacaq. O linklərdən birini kopyalayıb Chrome-da yoxlaya bilərsiniz.
Sonrakı addım bu videolardan birini YouTube kanala yerləşdirib yoxlamaqdır.
Bir sonrakı dərsdə Asp.Net ilə veb scrape eləməyi öyrədəcəyik....
Uğurlar!!!
Comments
Add comment