YÖS imtahanı haqqında: mövzular nələrdir, necə hazırlaşmalı?

YÖS imtahanı haqqında: mövzular nələrdir, necə hazırlaşmalı?

Publish date : 2023/12/12
521 views

YÖS imtahanı xaricdə təhsilin ən populyar qollarından biridir. Hər il mindən yuxarı tələbə tibb, kompyuter, memarlıq, biznes oxumaq üçün qardaş ölkə universitetlərinə üz tutur. Bu məqalədə YÖS imtahanı barədə ətraflı məlumat vermişik. Bu gün isə imtahanda hansı mövzulardan suallar düşür, hansı tip suallar olur, imtahana necə hazırlaşmaq lazımdır və sair kimi texniki suallara cavab verməyə çalışacayıq. 

YÖS (Yabancı Ögrenci Sınavı) hər il demək olar ki, hər universitet tərəfindən ya onlayn, ya da yerində keçirilən qəbul imtahanıdır. Son iki ildir Türkiyə dövləti YÖS imtahanını əvvəllər olduğu kimi mərkəzləşdirməyə təşəbbüs göstərir və TR-YÖS adlı imtahan keçirməyə başlayıb. Bu imtahan təqribən yanvar ayında olur, 100 dəqiqə imtahan müddətidir və 80 sual soruşulur. (40 Mat, 30 İQ və 10 Geometry) TR YÖS imtahanında suallar Mat 1 müfrədatı əsasında soruşulur.

YÖS imtahanı sualları

YÖS imtahanında 2 mövzudan imtahan verirsiniz və Türk dili sertifikatı da əldə eləməyə məcbursunuz. Suallar adətən belə bölünür: 

Mat (Riyaziyyat)-40 sual 

Geometry (Həndəsə) -10 sual

Mantık (İQ) -30 sual

Hansı mövzulardan suallar düşür baxmaq üçün bu məqaləyə keçid edə bilərsiniz. 

YÖS imtahanına necə hazırlaşmalı

Qeyd etdiyimiz kimi YÖS imtahanında riyazi biliyi yaxşı olan tələbələr yüksək bal (60-90% arası) toplayaraq istədikləri universitetlərə qəbul ala bilirlər. Amma tibbə hazırlaşan uşaqların işi biraz çətindir. Çünki Türkiyədə tibb fakultələrinə qəbulda güclü rəqabət var. Tələbələr bəzən 100 üzərindən 90 baldan yuxarı nəticə göstərməli olurlar ki, ən yaxşı tibb fakültələrinə qəbul alsınlar. 

İmtahan hazırlaşmaq üçün 10-20 ay arası hazırlıq kifayət edir. Bakıda kifayət qədər səviyyəli kurslar mövcuddur, bunlara müraciət edib hazırlaşa bilərsiniz.  Bu sektorda çox yaxşı kitablar da mövcuddur. Galata, Metropol, Puza, Caner, BRY (A, B, C seriyalar) kimi kitablar tələbələrə tam kifayət edir. Həmçinin YouTube kanallarda çox gözəl video dərslər mövcuddur. Bu resurslardan birini sizə təqdim edirəm.

 

Qaynaq.

Comments

Add comment