Tiktok ilə necə pul qazana bilərsiniz?

Tiktok ilə necə pul qazana bilərsiniz?

Publish date : 2024/02/08
331 views

Artıq yeni dövrdə pul qazanmağın müxtəlif yolları. Pul qazanmaq sadəcə 9-6 işə getməkdən ibarət deyil. Bu gün, tiktok ilə pul qazanmağın yolları, və bunun üçün nələr edə biləcəyimiz haqqında danışacıq. Tiktokda pul qazanmaq daha asand olsada, heç bir sahədə əmək vermədən pul qazanmaq mümkün deyil. Pul qazana bilmək üçün tiktokda lazımı qədər kontent yaratmalı, müəyyən bir kütlə tərəfindən izlənməlisiniz. Bəs bunun üçün nələr etməliyik?

Tiktokda uğurun addımları:

  1. Mövzu seçimi: İlkin olaraq müəyyən bir sayda insanların maraq dairəsində olan bir mövzu seçməlisiniz. Misal üçün əyləncə, idman, yemək, məlumat xarakterli və s. Seçdiyiniz mövzu ətrafında yaratdığınız kontent unikal olmalıdır. Yəni bir başqasının kopyası olmamalıdır. Kontentiniz digərlərindən fərqli və sizi təmsil edən olmalıdır.
  2. Keyfiyyət: Postların keyfiyyətidə insanların kontentinizi bəyənməsinə təsir edə bilər. Postda, keyfiyyətli video, şəkil, səs olması insanları cəzb edəcək.
  3. İzləyici əldə etmək: Tiktok-un digər platformalardan əsas fərqlərindən birisi yaradılan kontentin, səni izləməyən insanlar tərəfindən görülməsinin daha yüksək olmasıdır. Kontentin digər insanlar tərəfindən görülməsi üçün nələr edə bilərik?
    1. Əvvəlcədən də dediyim kimi tiktok kontentiniz hər hansı bir mövzu və ya insanlarla əlaqəli olmalıdır. Kontentinizə uyğun olan və insanlar axtarıqda rahatlıqla tapa biləcəyi heşteqlər müəyyənləşdirməlisiniz.
    2. Bəzi zamanlarda trendləri izləyə və kontentinizi trendlərə uyğun edə bilərsiniz. Əsasda ilkin zamanlarda bu, yeni insanların sizi görməyinə kömək edə bilər.
  4. Davamlılıq: Vacib məsələlərdən biridə davamlılıqdır. Öz həyatına uyğun olan bir plan qurmalısan, məsələn hər gün və ya həftədə 3 dəfə post atmaq kimi. Və plana mümkün olduğunca sadiq qalmalısan.

 

Tiktok-da pul qazanmağın hansı yolları var?

  1. Canlı yayın, hədiyyələr: Tiktok-da 1000 takipçiyə çatdıqdan sonra canlı yayın açmaq mümkündür. Canlı yayın ərzində takipçilər sizi sevdiyi və gördüyünüz işi qiymətləndirdiyi üçün sizə hədiyyələr göndərir. Hədiyyələr tiktok jetonu qarşılığında alınır və siz daha sonra hədiyyələri pula çevirə bilərsiniz.
  2. Marka və ya məhsul tanıtımı: Bu, Azərbaycanda ən çox qazanc əldə edə biləcəyiniz sahədir. Markalar həmişə məhsullarının çoxlu insanlar tərəfindən bilinməsini istəyir. Müəyyən takipçiyə çatdıqdan sonra markalar məhsullarını tanıtmağınız üçün sizinlə əlaqə qurmaq istəyəcəklər. Yaratdığınız kontentdə markanın məhsulu və ya servisi haqqında bəhs etmək qarşılığında pul qazanmaq imkanınız var.
  3. Tiktok yaradılış fondu: Təəssüf ki, sadəcə Amerika, İngiltərə, Fransa, Almaniya, İspaniya və İtaliya ölkələrinə aid olan fonddur. Tiktok baxış sayısından, orijinallığından asılı olaraq, hər milyon baxış üçün 20 - 40 dollar qazanc götürmək mümkündür.

Tiktok bu günlərdə boş, dəyərsiz kontentlə dolub daşır. Mən insanların əyləncəyə ayırdığı vaxtın belə, dəyərli keçməsinin tərəfdarıyam. Ümid edirəmki, hansı mövzu ətrafında kontent yaratmağınızdan asılı olmayaraq, kontentiniz insanlar üçün dəyər formalaşdırar.

 

Qaynaq

Comments

Add comment