Dərs: Veb saytın hazırlanması (HTML, CSS, JS)

Dərs: Veb saytın hazırlanması (HTML, CSS, JS)

Publish date : 2024/02/02
496 views

Bazarda veb saytın hazırlanması işinə kifayət qədər böyük tələb var. Veb sayt yazmaq çətin iş deyil. Düzgün aləti seçib öyrəndikdən sonra çox qısa müddətə (5-20 gün) sadə veb saytlar hazırlamaq mümkündür. Təbii ki, daha funksional saytları yığmaq üçün 3-4 ay da tələb oluna bilər. Məsələn, e-commerce saytların hazırlanması daha çətindir və dolayısı ilə daha bahadır. Hal-hazırda bazarda sadə bir veb saytın yığılması 300-500 Azn-dən 5-10 min manat arasında dəyişir. 

Bu məqalədə sizə HTML və CSS texnologiyalarının köməyi ilə sadə veb sayt yığmağı öyrədəcəyik. Çətinliklər və suallar yaranarsa, rəy bölümündə bildirin biz də cavablamağa çalışacayıq. 

HTML ilə veb saytın hazırlanması

Ən sadə şəkildə bu işi sizə başa salmağa çalışacam. Daha sonra sayt yazmağın daha qəliz metodları (Wordpress, Visual Studio, React.js+Python) barədə məlumat verəcəm. İlk öncə, bir qovluq açıb, içərisində text faylı düzəldin. Text faylı Notepad (vəya hər hansı text editor ilə) ilə açıb, içərisinə bu kodları yerləşdirin və yaddaşa verəndə helloworld.html kimi qeyd edin.

Örnək kod
<html>
  <head>
    Bu bir basliqdir
  </head>
  <body>
    Burda lorem ipsum
  </body>
</html>

Vəssəlam, saytımız hazırdır. Bu html faylı hər hansı brauzer ilə açıb, yoxlaya bilərsiniz. 

veb saytın hazırlanması

İndi isə bu kodu biraz təkmilləşdirək. Əvvəlki kodları silib bu kodu ora yerləşdirin. Yaddaşa verib yenidən chrome və ya mozilla ilə açın.

Örnək kod
<html>
  <head>
    <title>Səhifə başlığı</title>
  </head>
  <body>
    <h1>Başlıq</h1>
    <p>
      <a href="https://use.az/">Xaricdə təhsillə bağlı proqramlar</a>
    </p>
  </body>
</html>

Burda "<>" işarələri arasında yazdığımız teq adlanır. Hər bir teqin öz xüsusiyyəti var. Məsələn "<h1>" teqi başlıq qoymaq, "<a>" teqi qaynaq əlavə etmək üçün istifadə olunur. Bütün teqləri burada görə bilərsiniz.

Bu gün veb sayt hazırlanmasına sadə bir giriş etdik. Daha sonra isə veb sayt haqqında daha detallı məlumatlar, həmçinin Visual Studio, Wordpress, React.js haqqında məlumat verəcəm.

Qaynaq.

 

Comments

Add comment