Karyeranı Süni Zəka ilə qur: yeni peşə və ixtisaslar

Karyeranı Süni Zəka ilə qur: yeni peşə və ixtisaslar

Publish date : 2023/12/12
243 views

Süni Zəka haqqında eşitməyən qalmayıb, artıq hərkəs bir şəkildə bu alətlərdən istifadə etməyə başlayıb da. Yeni texnologiya çıxan kimi ciddi müzakirələr də aparıldı: Bəziləri Süni Zəkanın həyatımızın hər sahəsinə müsbət təsirindən dəm vurarkən, bir-çoxları bəzi işlərə artıq ehtiyac olmayacağını düşünməyə başladı. 
Bəli, təbii ki, yeni texnologiya insan işini asanlaşdırmaq üçün meydana çıxır, amma köhnə peşələrin yerinə yeni işlər də çıxır. Bu hər zaman belə olmuşdur. Bir də texnologiyanın əsas steykholderləri (ağababaları) ixtira və kəşfləri versiyalarla verməyi sevirlər, beləcə insanlığı daha yaxşı soyub-talamaq imkanı olur.

Misal üçün, hərkəs düşünür ki, Süni Zəka ilə kod yazmaq çox asanlaşıb, yəqin bir müddət sonra AI özü kod yazmağa başlayacaq. Lap tutaq ki, AI sabah super bir ERP sistem yazdı. Bunu satmağa başladılar. Zənnimcə bu proses ən azı 7-8 il çəkəcək. Çünki var olan sistemləri (ERP, CRM, DB) birdən dəyişmək, işçilərə təlim keçmək, müştərilərin yeni sistemə uyğunlaşma riskləri kimi amilləri nəzərdən qaçırmaq olmaz. 

Nəysə, çox müzakirə etmək istəmirəm, çünki uzanacaq bu məsələ. Gələk mövzumuzla əlaqədar məsələlərə: Əvvəla baxaq görək Süni Zəka ilə bağlı işlər ən çox hansı sektorlarda olur. 

Süni Zəka işçiləri tələb olan sektorlar

  • Texnologiya: Google, Amazon, Microsoft kimi texnologiya nəhəngləri aktiv şəkildə AI mühəndisləri işə götürürlər.
  • Maliyyə: Texnoloji inkişafın əsas stimulyatoru maliyyə sektoru sadə tapşırıqların həlli, avtomatlaşdırma, risk idarəetməsi və daha yaxşı investisiya tövsiyyələri üçün Süni Zəka elementləri istifadə edir.
  • Sağlıq: Biznes səviyyəsində işlərin avtomatlaşdırılması ilə yanaşı daha səviyyəli işlər üçün Süni Zəka istifadə elməyə başlayıblar. Məsələn, xərcəng xəstəliyinin ilk evrəsində aşkarlamaq kimi məsələlərin həllində Süni Zəka, Big Data, ML çox itifadə olunur.
  • Pərakəndə: Burda Süni Zəka anbar idarəetməsi, alıcı profilinin qurulması, trend satışların əvvəlcədən aşkarlanması kimi məsələlərin həllində istifadə edilir.
  • Kibertəhlükəsizlik: Süni Zəkanın ən möhtəşəm istifadəsi təbii ki, bu sektorda olacaq. Süni Zəka kiber təhlükələri və hücumları, informasiya itkisini daha öncədən aşkarlayıb, qarşı tədbir almağa yardımçı olacaq.

Ən tələb olunan Süni Zəka işləri (peşələri)

  1. AI product manager
    Maaşı: $190,000
    Vəzifəsi: AI Məhsullarını inkişaf etdirmək, işə salmaq və idarə etmək üçün biznes, texnologiya və məlumatların idarə edilməsi.
    AI Product Manager Venn Diagram
  2. AI research scientist

    Maaşı: $130,000
    Vəzifəsi: Qabaqcıl AI Tədqiqatçısı kimi siz real dünya problemlərini praktiki, səmərəli və genişlənə bilən AI və Maşın Öyrənmə problemlərinə çevirirsiniz.

  3. Big Data engineer
    Maaşı: $150,000
    Vəzifəsi: Böyük məlumat mühəndisi şirkətin məlumatlarının işlənib hazırlanması, saxlanması, sınaqdan keçirilməsi, təhlili və qiymətləndirilməsinə cavabdeh olan peşəkardır. 
  4. Business intelligence developer

    Maaşı: $100,000
    Vəzifəsi: BI mütəxəssisi, biznes interfeyslərinin yaradılması, təşkili və saxlanmasına cavabdehdir. Bunlara idarə panelləri, məlumatların vizuallaşdırılması, müntəzəm hesabatlar və istifadəçilər üçün tələb olunan məlumatları əldə etmək üçün məlumat sorğusu alətləri daxildir.
  5. Computer vision engineer

    Maaşı: $130,000
    Vəzifəsi: Kompüter vizyon mühəndisi, həmçinin maşın vizyon mühəndisi olaraq da bilinir, kompüter elmləri və ya əlaqəli sahədə ən azı bakalavr dərəcəsi və C++ kimi proqramlaşdırma dilləri biliyi olan yüksək ixtisaslaşmış peşəkardır.

  6. Data scientist

    Maaşı: $156,000
    Vəzifəsi: Məlumat alimləri mürəkkəb problemləri həll etmək üçün texniki bacarıqlara və hansı problemlərin həll edilməli olduğunu araşdırmaq marağına malik olan analitik məlumat mütəxəssisinin yeni növüdür. Onlar qismən riyaziyyatçı, qismən kompüter alimi və qismən trend-spotterdirlər.

  7. Machine learning engineer

    Maaşı: $125,000
    Vəzifəsi: Maşın öyrənmə mühəndisi rolu testləri yerinə yetirərkən və ML sistemlərini və alqoritmlərini optimallaşdırarkən böyük həcmdə məlumatları qiymətləndirir, təhlil edir və təşkil edir
  8. Natural language processing engineer (NLP mühəndisi)

    Maaşı: $123,000
    Vəzifəsi: NLP mühəndisi nitq nümunələri və süni intellektlə nitqin tanınması ilə işləyən şəxsdir ki, insanlar texnologiya ilə ünsiyyət qurarkən elektron cihaz onların dediklərini “başa düşür”.

  9. Robotics engineer

    Maaşı: $110,000
    Vəzifəsi: Robot mühəndisi, insanların bacara bilmədiyi və ya təhlükəli olduğu vəzifələri yerinə yetirə bilən robotlar və avtomatlaşdırılmış sistemlərin yaradılmasına cavabdeh olan bir dizaynerdir. Onların yaradıcılığı, xüsusən də istehsal sənayesində işləri daha təhlükəsiz, asan və daha səmərəli etməyə kömək edir.

  10. Software engineer

    Maaşı: $120,000-$170,000
    Vəzifəsi: Proqram mühəndisliyi proqram təminatının dizaynı, inkişafı, sınaqdan keçirilməsi və texniki xidmət göstərilməsi ilə məşğul olan kompüter elminin bir sahəsidir. Proqram mühəndisləri son istifadəçilər üçün proqram həlləri yaratmaq üçün mühəndislik prinsiplərini və proqramlaşdırma dilləri biliklərini tətbiq edirlər.

Bunlar ən çox tələb olan Süni Zəka işləridir. Amma mən bura Prompt Engineer vəzifəsini də əlavə etmək istərdim. Süni İntellekt ilə normal söhbət edib, ona işi düzgün gördürmək elə də asan deyil. Həm də bu zaman şirkətin məxfi məlumatlarının başqa əllərə keçmə riskləri də mövcuddur. Prompt Engineer olmaq üçün xüsusi İKT biliklərinə də ehtiyac yoxdur. İngilis dilini normal bilən insan bu peşəni öyrənə bilər. 

Yuxarıda sadalanan işlərin maaşları, vəzifələri, rolları haqqında sizə maraqlı bir iş tapmaq saytı tövsiyyə edəcəm, ordan müvafiq peşəni axtarış edib baxa bilərsiniz:

  1. indeed.com
  2. djinni.com

Qaynaq

Comments

Add comment