LG evlər üçün süni intellektlə dəstəklənən robot hazırlayıb

LG evlər üçün süni intellektlə dəstəklənən robot hazırlayıb

Publish date : 2024/01/11
280 views

LG tərəfindən hazırlanmış robotun tam təfərrüatlarının yanvarın 9-dan 12-dək Las Veqasda baş tutacaq CES 2024 sərgisi çərçivəsində açıqlanacağı gözlənilir . Hər iki ayağında təkərləri olan robot evinizin ətrafında hərəkət edə bilir.

Ağıllı ev köməkçisi kimi fəaliyyət göstərən robot, kondisionerinizi unutduğunuz zaman sizi xəbərdar etməkdən tutmuş ev heyvanınızı idarə etməyə qədər bir çox funksiyaya malikdir. Kamerası, mikrofonu, dinamiki və müxtəlif sensorları olan robot istifadəçiləri ilə danışa bilir. Əlavə edək ki, sözügedən robot üzərindəki sensorlar vasitəsilə havanın keyfiyyətini və temperaturunu ölçə bilir.

Qualcomm-un Robotics RB5 Platforması ilə təchiz edilmiş robot süni intellekt texnologiyası ilə istifadəçilərinin emosiyalarını təhlil edə biləcək. LG-nin verdiyi məlumata görə, robot istifadəçilərinin rahat yatması və ya onların şənlənməsi üçün musiqi ifa edə biləcək. 

Təhlükəsizlik məqsədilə də istifadə oluna bilən robot, sensorları sayəsində evdəki hərəkətləri təsbit edə biləcək və şübhəli bir hərəkət aşkar edərsə istifadəçini xəbərdar edəcək. Sözügedən robotun qiyməti və nə vaxt satışa çıxarılacağı barədə hələlik məlumat yoxdur. Robotun qiyməti və bütün xüsusiyyətləri CES 2024 sərgisində paylaşılacaq.

Comments

Add comment