Hansında oyun yazaq: Unity yoxsa Unreal Engine?

Hansında oyun yazaq: Unity yoxsa Unreal Engine?

Publish date : 2023/12/12
351 views

Əyləncə sektoru, o cümlədən oyun yazmaq hər dövr üçün areqsiv inkişaf edən sektordur. Bu barədə bir məqalə də hazırlamışdıq sizin üçün. Əgər oyun yazmaq qərarına gəlmisinizsə mütləq bir oyun mühərriki (Engine) seçib o alətdə təkmilləşməlisiniz. Güclü alətlər, proqram təminatları isə çoxdur və bu sahədə güclü yarışma var. Bəs oyun yazmaq üçün hansı aləti seçmək lazımdır, şirkətlər buna necə qərar verir?

Unity yoxsa Unreal Engine?

Ümumi xüsusiyyətlərdən başlayaq: hər ikisi pulsuzdur, hər ikisi bütün cihazları dəstəkləyir. Əsas fərq: kodlaşma üçün Unity C#, Unreal isə C++ proqramlaşdırma dilini istifadə edir. İstifadəsinə görə Unity üstündür, həm də Unity-də Collaboration (komanda çalışması) var idi, təzəlikdə tapa bilmədik hərçənd. Amma Visual Effects, Animation və Render kimi məsələlərdə Unreal çox üstündür.

Unity nəhəng istifadəçi toplumuna malik mühərrikdir. Yeni başlayanlar üçün bu, oyun sənayesi dünyasında səyahətə başlamaq üçün ideal seçimdir. Unity sadə qrafikası olan oyunlar üçün optimallaşdırılıb, aktivlər anbarına, sadə idarəetmələrə və bir çox başqa funksiyalara malikdir. Mənfi cəhətlər:
1. Mühərrik ultra qrafika və böyük xəritə ilə mürəkkəb layihələri optimallaşdırmır.
 

Unreal Engine 5 mürəkkəb qrafika və açıq dünya ilə oyunlar yaratmaq üçün ideal bir mühərrikdir.
Mənfi cəhətlər:
1. Mühərrik daha tələbkardır və ondan istifadə etmək üçün güclü cihaz tələb olunur.
2. Tələbkar təbiətinə görə sadə qrafika ilə sadə oyunlar zəif optimallaşdırılıb.


Əvvəlcə hansı oyun növü yaratmaq istədiyinizə qərar verməlisiniz. Mühərriklərin hər biri universaldır və öz istiqamətində yaxşı işləyir. Əgər siz Hyper Casual, Horror (sadə qrafika ilə) üslubunda oyunlar və ya sadə və orta qrafika ilə çox tələbkar olmayan oyunlar yaratmaq istəyirsinizsə, o zaman Unity mühərrikinə nəzər salmağı məsləhət görürəm. RPG, Shooter, Open World Adventure, Horror və başqa tip oyun yaratmaq istəyirsinizsə oyunlarda Unreal Engine 5-dən istifadə etmək tövsiyə olunur.

Qısaca bunu da deyə bilərəm ki, biz dərslərdə Unity istifadə edirik, tələbələr tez qavrayıb oyun yazmağa başlasınlar deyə. Gələcəkdə bu istiqamətdə işləyərkən böyük ehtimal şirkət hansı motorlara üstünlük versə ona uyğunlaşmağı da bacarmalıdırlar.

Sonda Unity və Unreal ilə yazılmış ən populyar oyunları təqdim edirik.

Caption

Unity

Unreal Engine

  1. Monument Valley 2:

    • Genre: Puzzle
    • Developed by: ustwo games
    • Downloads: Over 30 million (as of 2020).
  2. Hollow Knight:

    • Genre: Action-Adventure, Metroidvania
    • Developed by: Team Cherry
    • Sold over 3 million copies (as of 2019).
  3. Crossy Road:

    • Genre: Endless Arcade Hopper
    • Developed by: Hipster Whale
    • Known for its simple yet addictive gameplay.
    • Over 200 million downloads (as of 2020).
  4. Cuphead:

    • Genre: Run and Gun, Indie
    • Developed by: Studio MDHR
    • Over 6 million copies sold (as of 2019).
  5. Cities: Skylines:

    • Genre: City-building, Simulation
    • Developed by: Colossal Order
    • Over 6 million copies sold (as of 2019).
  1. Fortnite:

    • Genre: Battle Royale
    • Developed by: Epic Games
    • Over 350 million registered players (as of 2020).
  2. Player Unknown's Battlegrounds (PUBG):

    • Genre: Battle Royale
    • Developed by: PUBG Corporation (a subsidiary of Krafton)
    • Over 70 million copies sold on PC and consoles (2021).
  3. Gears 5:

    • Genre: Third-person Shooter, Action
    • Developed by: The Coalition
    • Over 3 million players in its first weekend (as of 2019).
  4. Street Fighter V:

    • Genre: Fighting
    • Developed by: Capcom (uses Unreal Engine for the PC version)
    • Over 6 million copies sold (as of 2021).
  5. Hellblade: Senua's Sacrifice:

    • Genre: Action-Adventure, Psychological Horror
    • Developed by: Ninja Theory
    • Over 1 million copies sold (as of 2018).

 

Müəllif: Fəxri

Qaynaq

Comments

Add comment