e-Ticarətin 6 növü: Biznes modellər, marketinq və sair...

e-Ticarətin 6 növü: Biznes modellər, marketinq və sair...

Publish date : 2024/01/09
240 views

Son 7-8 ilin qızğın trendlərindən biri e-ticarət (e-commerce) saymaq olar. Parlaq zəkalar AI, maşın öyrənmə, deep learning kimi qəliz mövzularla məşğul olana kimi, qaqalar e-ticarətdə qaz vurub qazan doldurub çoxdan. Belə də normaldır, bir tələbəmin də dediyi kimi, dünyada bir dənə peşə var, o da Ticarət. Bu gün virtual dünya klassik ticarəti tamamilə özünə çəkib. Hərkəs indi e-commerce ilə pul qazanmağa çalışır. 

Bu məqalədə e-ticarət eləmək istəyənlər üçün ən uğurlu modellər haqqında danışacağıq ki, biznes eləmək istəyən insanlar yanılmasın, külli miqdarda investisiya etdikdən sonra tamamilə yanlış yola saptığını görməsin. Ümumiyyətlə elektron ticarətin altı əsas modelini təfriq eləmək olar:

  • Business-to-consumer (B2C)
  • Business-to-business (B2B)
  • Business-to-government (B2G)
  • Consumer-to-consumer (C2C)
  • Consumer-to-business (C2B)
  • Consumer-to-government (C2G)

Bunlardan ən populyar olanı B2C və B2B modelidir. 

1. Business-to-Consumer (B2C)

B2C dedikdə adından da göründüyü kimi, biznes məhsulunu birbaşa istehlakçıya satmağı başa düşürük. Bunun ən gözəl nümunləri kimi Walmart, BestBuy, Amazon, və Alibabanı göstərmək olar. Bu dəqiqə bütün dünya başda Çin, Hindistan, Yaponiya olmaqla məhsullarını bu əsas platformalar üzərindən satırlar. Həmçinin keçən məqalədə Trendyol haqqında da bəhs eləmişdik: bir ayda 100 milyon məhsul satılmışdı. 

H&M, Adidas və Hellofresh kimi şirkətlər də B2C modelinin alt elementi olan D2C istifadə edərək öz məhsullarını satırlar. Fərq odur ki, bu modeldə sən öz məhsulların da satırsan.

2. Business-to-Business (B2B)

Bu biznes modeldə biznesmenlər öz məhsullarını digər biznes qurumlara satırlar. Bir növ topdan satış kimi də düşünə bilərsiniz. Məsələn, Alibaba əslində topdan satışdır, Aliexpress isə onun B2C variantəı sayıla bilər. Sadəcə Alibaba içərisində hərkəs alış veriş edə bilir deyə tam B2B saymırıq. Məsələn, Trello, Semrush kimi şirkətlər B2B satış həyata keçirir. 

3. Business-to-Government (B2G)

B2G e-ticarət modelində müəssisələr məhsullarını dövlət təşkilatlarına və ya dövlət qurumlarına satırlar. 

Məsələn: OpenGov proqram təminatlarını yerli hökumət orqanlarına satır.

4. Consumer-to-Consumer (C2C)

C2C iki və ya daha çox istehlakçının iştirak etdiyi biznes əməliyyatlarını təsvir edir. Termin bu növ onlayn əməliyyatı idarə edən hər hansı bir provayderə də aid edilə bilər.

Məsələn: Bir şəxs öz avtomobilini başqa şəxsə satdıqda, bu, C2C əməliyyatıdır.

Onlar məhsullarını reklam etmək, potensial alıcıları tapmaq və sövdələşməni təşkil etmək üçün Autotrader-dən istifadə edə bilərlər. Bu halda, Autotrader C2C e-ticarət biznesidir.

Yerli bazarda buna misal Turbo.az, Alito.az, Tap.az misal göstərmək olar. 

Digər C2C e-ticarət platformalarına (onlayn bazarlar) Facebook Marketplace, eBay, Craigslist və Vinted daxildir.

5. Consumer-to-Business (C2B)

C2B elektron ticarəti şirkətlərə mal və xidmətlər satan istehlakçıları əhatə edir.

Bəzən şirkət son istifadəçi olacaq. Məsələn: Bir qəzetə şəkil satan bir şəxs C2B əməliyyatı aparır. Qəzet şəkli dərc etdiyi üçün onlar həm də məhsulun son istifadəçisidir.

Bəzən istehlakçının mallarını alan şirkət onları yenidən satır. Shutterstock götürün. Şəkil kitabxanası digər istifadəçilərə (çox vaxt müəssisələr) satmaq üçün ianəçilər (istehlakçılar) məzmunu alır.

Bir ara biz də çox çalışdıq yerli istehsalçıların məhsullarını Market və Şəbəkələrə satışını təşkil edək, çox məşəqqətli iş imiş. 

6. Consumer-to-Government (C2G)

C2G istehlakçılar və dövlət qurumları arasında əməliyyatları təsvir edir. C2G e-ticarət biznesi bu əməliyyatları asanlaşdıran hər hansı bir şirkətdir.

Məsələn, kommunal şirkətlər ev və biznes sahiblərinə hökumət tərəfindən maliyyələşdirilən enerji xidmətlərinə birbaşa çıxış imkanı verir. Azerenerji, Azersu kimi. Şirkət etibarlı enerji və qaz tədarükünü təmin edir və müştərilərə xidmətlərini idarə etməyə imkan verir.

 

Bütün bunlardan sonra əziz oxuyuculara bir sual verək: Azərbaycan bazarında köklü startuplardan biri olan BakuMart hansı modelə uyğun gəlir sizcə? Cavabı rəy bölümünə yaza bilərsiniz, diskusiya edərik.

 

Qaynaq

Comments

Add comment